13.05.2025, 08:42
142 baxış
Lamiyə
Ürək problemlərinin 3 ƏLAMƏTİ
“İstirahət zamanı nəfəs almaqda çətinlik çəkmək ürək problemlərini göstərir”.
Medianews.az xəbər verir ki, kardioloq Aurelio Rojas deyib.
Rojasın qeyd etdiyi kimi, hətta istirahət zamanı da yaranan tənəffüs çətinliyi ürək problemlərindən xəbər verir.
"Nəfəsinizi tutmaq üçün çarpayınızın kənarında oturursunuz və ya həmişəkindən daha çox yastıq istifadə edirsiniz" deyə mütəxəssis izah edib.
Həkim həmçinin gündəlik fiziki fəaliyyət zamanı, məsələn, pilləkənlərə qalxarkən və ya yoxuşa gedərkən döş qəfəsində narahatlıq yaranarsa, ürəyi yoxlamağı tövsiyə edib. Rojas, ən bariz simptomun günün sonuna doğru meydana gələn alt ətrafların şişməsi olduğunu əlavə edərək yekunlaşdırıb.
Medianews.az
Paylaş: