Medianews.az
DTX əməliyyat keçirdi: <span style=color:red>çox sayda terrorçu ƏLƏ KEÇDİ
144 baxış

DTX əməliyyat keçirdi: çox sayda terrorçu ƏLƏ KEÇDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub. Milli.Az-ın məlumatına görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir. DTX-nin Mətbuat xidmətindən isə Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Mövzunu diqqətdə saxlayırıq.

Bizə qoşulun