08.05.2025, 12:20
222 baxış
Lamiyə
Putin: Rusiya və Çin film istehsalını uğurla artırırlar
“Rusiya və Çin kino istehsalını uğurla artırırlar və qarşıda hər iki ölkəni çoxlu yeni filmlər gözləyir”.
Medianews.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Çin prezidenti Si Cinpinlə danışıqlar zamanı bildirib.
"Birgə film istehsalı qurulur. Mən dostum, cənab sədrlə Kazanda bu barədə danışdıq və iş gedir. Mən bunu məmnuniyyətlə qeyd etmək istərdim… Əminəm ki, biz həm Rusiyada, həm də Çində böyük maraqla qarşılanacaq çoxlu müştərək filmlər görəcəyik", - Rusiya lideri qeyd edib.
Xüsusilə Putin birgə “Qırmızı İpək” filminin buraxılışını xatırladıb. Film 1927-ci ildə gənc Qırmızı Ordu əsgəri ilə keçmiş çar agentinin SSRİ ilə Çin arasındakı münasibətlərin gələcəyini müəyyən edəcək sənədlərin xarici casusların əlinə keçməsinin qarşısını almaq üçün necə birləşdiyindən bəhs edir.
Medianews.az