Medianews.az
"Netflix"in rəhbəri Hollivudu <span style=color:red>xilas etmək istəyir
194 baxış

"Netflix"in rəhbəri Hollivudu xilas etmək istəyir

"Biz əslində Hollivudu xilas edirik, bütün kinoteatrlar köhnəlib" söyləyən "Netflix" kino yayımları və istehsalı şirkətinin baş icraçı direktoru Ted Sarandos bir neçə gün əvvəl "TIME100" sammitində iştirak edib. Medianews.az xəbər verir ki, Ted Sarandos burada digər məsələlərlə yanaşı kino sənayesinin, xüsusilə kinoteatrların gələcəyi ilə bağlı öz fikirlərini bölüşüb. Kinoteatrlarda nümayişlərin azalması və eyni zamanda, kassa gəlirlərinin aşağı düşməsi fonunda "Netflix"in hazırda Hollivudu məhv edib-etmədiyini Teddən soruşduqda o, suala cavab olaraq deyib: "Xeyr, biz Hollivudu xilas edirik". Sarandos kinoteatrlardakı kassa azalmasının səbəbini də izah edib. Onun sözlərinə görə, bu tamaşaçı kütləsinin "evdə film izləmək istədikləri" mesajıdır. "Netflix" isə onların istəklərini yerinə yetirən "insan mərkəzli bir şirkətə" çevrilib. O da kinoteatrları çox sevdiyini, lakin artıq belə məkanların köhnəldiyini bildirib. Sarandos həmçinin vurğulayıb ki, şirkət bütün bunları yaxşı başa düşür və məhz buna görə hər dəfə öz layihələrinə daha çox kapital yatırır, üstəlik, kassada daha çox pul qazana bilsələr də, yenə onlara axın üzrə eksklüziv ekranlaşdırma təqdim edir. Ted Sarandos qeyd edib ki, hər hansı bir layihə köməksiz başa gəlmədiyinə görə Hollivudun "kino heyəti" bu işdə çox fəal iştirak edir. Sarandosun dediklərindən belə məlum olub ki, hətta Qreta Qerviq kimi rejissorlar "Netflix" ilə uzunmüddətli müqavilələr imzalayıblar. Bu isə Hollivud çevrəsində tanınmış bəzi rejissorların bir çox kino studiyalara, o cümlədən istehsal olunan filmlərin nümayiş etdirildiyi əksər kinoteatrlara "parıltılarınızı itirmisiniz" mesajını vermək deməkdir. Medianews.az

Bizə qoşulun