30.04.2025, 20:13
129 baxış
Azad
Ukraynadan Azərbaycana qeyri-sabit axın gəlir - Hava proqnozu
“İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında may ayaının əvvələrinə aid hava proqnozu yayılıb.
Medianews.az-ın məlumatına görə, proqnozda deyilir ki, mayın əvvəlləri qeyri-sabit hava davam edəcək.
Bu ərəfədə buludluluq üstünlük təşkil edəcək və Günəş daha az görünəcək.
May ayının ilk iki günü əsasən Naxçıvan, Qərb, Şimal/Qərb və Cənub bölgələrinin müxtəlif ərazilərində qısamüddətli yağışlar davam edəcək.
Mayın 2-si Bakı və Abşeronda güclü Cənub küləyi əsəcək (20-25m/s).
Mayın 2-si gecədən isə ölkə ərazisinə Ukrayna üzərindən qeyri-sabit axın gələcək.
Bu Şimal axını nəticəsində Bakı və Abşeronda ayın 3-də Şimal küləyi güclənəcək (20-25m/s).
Günün ikinci yarısı yarımadanın müxtəlif yerlərində yağış yağacaq.
Mayın 4-də xüsusən günün ilk yarısı külək davam edəcək və günün ikinci yarısında mülayimləşəcək.
Bölgələrimizdə də buludluluq artacaq və 3-5 may tarixlərində müxtəlif bölgələrimizdə yağış yağacaq, arabir Şərq küləyi güclənəcək.
Temperaturda ciddi enmələr olmayacaq.
Mayın 5-də Ukrayna axını ölkəmizi tərk edəcək.
Bu axının ardınca növbəti qeyri-sabit axınlar gələcək.
Bu barədə daha sonra məlumat veriləcək.
Medianews.az
Paylaş: