29.04.2025, 10:19
224 baxış
Lamiyə
Pnevmatik tapança ilə oğlanın üzünə atəş açdı
Rusiyada kişi pnevmatik tapança ilə 12 yaşlı oğlanın üzünə atəş açıb.
Medianews.az xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib.
Uşaqların tərk edilmiş binanın divarını rəngləməsi, qonşu evin hasarına kərpic və daş atması kişinin xoşuna gəlməyib. Onlara dərs vermək qərarına gəlib və pnevmatik tapançadan atəş açıb. Güllələrdən biri oğlanın yanağına dəyib. Uşaq xəstəxanaya aparılıb.
Şübhəli saxlanılaraqnRusiya İstintaq Komitəsi xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
Medianews.az