25.04.2025, 15:20
87 baxış
Lamiyə
Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO
Lənkəranda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz qalıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyilə mənzilin qapısı açılaraq nəzarətsiz qalmış 2023-cü il təvəllüdlü uşaq ailəsinə təhvil verilib.