Medianews.az
Kriştianu Ronaldu özünə <span style=color:red>yeni təyyarə alıb
128 baxış

Kriştianu Ronaldu özünə yeni təyyarə alıb

"Ən-Nəsr"in futbolçusu Kriştianu Ronaldo və Corcina Rodriques sürəti 900 km/saata çata bilən və 9000 km-ə qədər uçuş məsafəsinə malik yeni şəxsi "Bombardier Global Express" təyyarəsi alıblar. Oxu.Az xəbər verir ki, təyyarə 17 nəfər sərnişini qəbul edə bilər. Üç istirahət, şəxsi yataq, duşlu vanna otaqları və mətbəxdən ibarətdir. "Instagram"da paylaşılan bəzi fotolarda qızıl elementli dəri oturacaqlar da görünür. Bu, Ronaldunun ilk təyyarəsi deyil. O, əvvəllər "Gulfstream G200"ə sahib idi. Lakin yüksək texniki xidmət xərclərinə görə onu satıb. Cütlük artıq yeni təyyarədən səyahətlər üçün istifadə etməyə başlayıb.

Bizə qoşulun