Посмотреть эту публикацию в Instagram
06.04.2025, 06:07
143 baxış
Azad
Aeroport yolunda ağır qəza VİDEO
Aprelin 5-i axşam Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, evakuator aeroporta gedən ekspress avtobusuna çırpılıb.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu Rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.
Avtobusun sürücüsünün də xəsarət aldığı bildirilir.
Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.