Medianews.az
Dünya bahalaşır. Azərbaycanlı deputat: <span style=color:red>“Yeni mərhələyə qədəm qoyuruq”
137 baxış

Dünya bahalaşır. Azərbaycanlı deputat: “Yeni mərhələyə qədəm qoyuruq”

330 milyard dollar: ABŞ Prezidentinin tarif qərarı 2025-ci ildə qlobal ticarətin həcmini bu qədər azaldacaq. Bunu Medianews.az-a iqtisadçı deputat Vüqar Bayramov deyib. V.Bayramov qeyd edib ki, Dünya Ticarət Təşkilatının qiymətləndirməsinə görə, yeni tariflər qlobal ticarətdə 1 faiz azalmaya səbəb olacaq: “2024-cü ildə qlobal ticarətin həcminin 33 tirlyon dollar olduğunu nəzərə alsaq dünya iqtisadiyyatına bu qərarın təsirlərini müəyyənləşdirmək çətin olmaz. Bununla yanaşı, Vaşinqtonun son qərarı yalnız Birləşmiş Ştatlarda deyil, bütövlükdə dünya bazarında qiymətləri yüksəldəcək. Göründüyü kimi, dünya iqtisadiyyatı yeni mərhələyə qədəm qoyur: heç də asan olmayan bir dönəmə”. Medianews.az

Bizə qoşulun