24.03.2025, 14:27
106 baxış
Nailə
Mingəçevirdə 57 yaşlı kişinin meyiti tapıldı
Mingəçevirdə evdən 57 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Ağdam rayon sakini 57 yaşlı Allahverdi Quliyevin meyiti şəhər ərazisində yaşadığı evdə aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.