17.03.2025, 12:32
164 baxış
Lamiyə
Nigeriyada bu xəstəlik yüzlərlə CAN ALDI
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) ölkədə son 3 ildə difteriya səbəbiylə 1319 nəfərin həyatını itirdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, son vəziyyət hesabatına görə, son bir həftə ərzində ölkədə 23 yeni difteriya hadisəsi aşkar edilib.
2022-ci ilin may ayından bəri ölkənin bütün 36 ştatında 42 mindən çox hadisə qeydə alınıb və indiyədək epidemiyada 1319 nəfər həyatını itirib.
Digər tərəfdən, NCDC difteriya ilə mübarizə çərçivəsində yoluxma hallarının çox olduğu ərazilərdə peyvənd kampaniyasına başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı ölkədə artan difteriya hallarına görə epidemiyanın ikinci dalğasının yaşandığını təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində keçən il Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.
Medianews.az