E.Əliyev sayta açıqlamasında deyib ki, iclasda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası paralel idxalla bağlı təkliflər planı təqdim edib: “Paralel idxal rəsmi idxalçılara zərər vurmaqla avtomobil bazarında qeyri-bərabər rəqabət mühiti yaradıb. Hazırda müxtəlif şəxslər, ofislər vasitəsilə ölkəyə avtomobil idxal edilir. Əvvəllər onlar özləri idxal edib satırdılar. Sonra qanun qəbul olundu ki, ölkəyə bir fiziki şəxs iki avtomobil gətirə bilər. Bundan sonra belə bir metoda əl atılıb: idxalçı avtomobili Azərbaycanda satacağı vətəndaşın adına xaricdən sifariş verib gətirdir. Həmin avtomobillər əsasən Çindən göndərilir. Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobilləri isə Azərbaycanda rəsmi servislərdə zəmanətə salmaq olmur. Onlara ehtiyat hissələri tapmaq da çətindir. Çünki qeyd etdiyim kimi, Çinin daxili bazarı üçün istehsal olunub. Bizim yollarımıza, iqlim şəraitimizə daha uyğun avtomobillər Avropada regionu üçün istehsal edilən avtomobillərdir. Fiziki şəxslərin Çindən gətirdiyi avtomobillər rəsmi idxalçıların satdığı avtomobillərdən bir qədər ucuz olur. Bir sıra Azərbaycan vətəndaşları da belə avtomobillərə meyl edərək alır. Amma problem ortaya çıxanda, ehtiyat hissəsi tapa bilməyəndə, avtomobildə zavod qüsuru aşkarlananda istehsalçının qapısını döyə bilmir, çünki əlində zəmanət kağızı yoxdur. Avtomobili ona satmış şəxsdən hüquq mühafizə orqanlarına müraciət edəndə də məğlub duruma düşür, çünki avtomobil xaricdən satanın yox, alanın adına gətirilib. Belə halların olması ciddi narahatlıqlar yaradır. Bu yolla xaricdən avtomobil gətirdənlər mənfəət vergisi vermirlər. Yalnız avtomobil ölkəyə daxil olduqda gömrük rüsumu, ƏDV ödənilir. Mənfəət vergisi yoxdur. Halbuki rəsmi idxalçılar mənfəət vergisi verirlər, buna görə onların satdığı avtomobillərin qiyməti bir qədər yüksək olur.
Bu məsələlərdə cəmiyyətin maarifləndirilməsinə, həmçinin müxtəlif tənzimləmələrə ehtiyac var. Yekunda Azərbaycan vətəndaşına, avtomobil alan şəxsə ziyan dəyir. Ona görə dövlət sektoru ilə özəl sektor arasında dialoq aparılır, hər iki tərəf doğru-dürüst, şəffaf və vətəndaşın mənfəətinə hesablanmış həll yollarını müzakirə edir. Ümid edirəm ki, dövlət sektoru ilə özəl sektor arasında uğurla keçən dialoq böyük nəticələr verəcək”.
Nailə Qasımova,
Medianews.az
27.02.2025, 15:16
209 baxış
Azad
Azərbaycana avtomobil gətirib satanların məsələsi müzakirə olunur – AÇIQLAMA
Fevralın 27-də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı bildirib ki, Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var. O, xüsusilə avtomobil idxalından sonra tətbiq edilən vergilərlə bağlı məsələlərin diqqətlə araşdırılmasının zəruri olduğunu vurğulayıb. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasda çıxış edən Ş.Rzalı deyib ki, əsas müzakirə mövzularından biri idxaldan sonra müəyyən oyunçuların ağır vergilərlə üzləşməsi məsələsidir: “Burada vacib sual belədir: həmin vergilər ümumi bazar iştirakçıları üçün tətbiq olunur, yoxsa yalnız bəzi şirkətləri əhatə edir? Bu məsələ diqqətlə araşdırılmalıdır”.
Ş.Rzalı bazarda rəqabət mühitinin qorunmasının və istehlakçı hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb: "Əsas prinsip idxalçının seçim azadlığının təmin olunmasıdır. Bazarın tələbləri şəraitində istehlakçının əsas məqsədi daha ucuz qiymətə öz tələbatını qarşılayacaq bir avtomobil əldə etməkdir. Əgər istehlakçı bunu sərbəst şəkildə tapa bilirsə, bu da seçim azadlığı prinsipinə uyğundur".
Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri həmçinin avtomobil idxalı və tənzimləmə siyasətinə kompleks yanaşmanın vacibliyini qeyd edib: "Avtomobil bazarının inkişafı, rəqabət mühitinin qorunması üçün bu problemlərin həlli vacibdir. Bu sahədə müəyyən dəyişikliklər aparmaq çətin olsa da, şəffaflıq və balanslaşdırılmış tənzimləmə əsas hədəf olmalıdır".
Medianews.az saytı “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun iclasında iştirak etmiş Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevdən açıqlama alıb.

Paylaş: