Medianews.az
Qazaxıstanın sərnişin təyyarəsi tüstüləndi -
101 baxış

Qazaxıstanın sərnişin təyyarəsi tüstüləndi - Qəza siqnalı verib təcili Almatıya endi

Qazaxıstanın “Air Astana” aviaşirkətinə məxsus təyyarə ilə bağlı insident dekabrın 17-si səhər saatlarında Almatı–Astana marşrutu üzrə həyata keçirilən KC-851 saylı müntəzəm reys zamanı baş verib.

AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinə istinadla xəbər verir ki, “Air Astana” tərəfindən istismar olunan “Airbus A321N EI-KDG” tipli hava gəmisinin ekipajı salon daxilində tüstülənmə aşkar edildiyinə görə MAYDAY qəza siqnalı elan edib.

Qəza siqnalı Astana vaxtı ilə saat 07:38-də verilib. Təyyarə saat 07:40-da Almatı hava limanına təhlükəsiz şəkildə eniş edib.

İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə enişdən sonra Almatı hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri cəlb olunub.

Hazırda Nəqliyyatda Hadisə və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları tərəfindən hadisənin başvermə şəraiti daha ətraflı şəkildə araşdırılır.

Bizə qoşulun