26.02.2025, 08:00
184 baxış
Lamiyə
Jurnalist canlı yayıma YIXILDI – VİDEO
Jurnalist və blogger Çelsi Dikkenson britaniyalı "This Morning" proqramının canlı yayımında xizək sürərkən yıxılıb.
Medianews.az xəbər verir ki, hadisə verilişin aparıcıları Ben Şepardı və Ket Dili güldürüb.
Dikkensonun reportajı Polşanın kurort şəhəri Zakopanedə ucuz tətillər haqqında idi. Efirdə jurnalist xizək sürmə bacarığını nümayiş etdirməyə çalışıb.
Blogger qar üzərində sürüşməyə başlayıb, lakin qəfil müvazinətini itirərək hasara çırpılıb və yıxılıb.
Verilişin aparıcıları gülüb. Aparıcı Şepard tamaşaçılardan üzr istəyib.
Medianews.az
Paylaş: