Medianews.az
Soyuqlarla bağlı qatarlara tələbat artıb
117 baxış

Soyuqlarla bağlı qatarlara tələbat artıb

Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb. Bu barədə Musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər. Məlumatda qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də, Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb. “Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik”, – ADY-dən bildirilib.

Bizə qoşulun