Medianews.az
İxtisarlar? Belə bir ərəfədə? <span style=color:red>Milyarder işçilərin sayını azaldır
138 baxış

İxtisarlar? Belə bir ərəfədə? Milyarder işçilərin sayını azaldır

Amerikalı milyarder Ceff Bezosun kosmik şirkəti 1000-dən çox iş yerini ixtisar edib. Medianews.az "SpaceNews"a istinadla xəbər verir ki, Bezosa məxsus olan nəhəng "Blue Origin" şirkəti işçi qüvvəsinin 10%-ni və ya mindən çox insanı ixtisar etməyi qərara alıb. Şirkətdə bunu islahatlar kimi qiymətləndiriblər və strukturun yenidən qurulması, həmçinin də lazımsız bürokratiyadan qurtulmağın zəruriliyini qeyd ediblər. Məlum olduğu kimi, "Blue Origin" şirkəti illər əvvəl "Amazon" qurucusu Ceff Bezos tərəfindən təsis edilib. Bu şirkət həm də milyarder İlon Maskın "SpaceX" şirkətinin ən böyük rəqibi hesab olunur. Şirkətin baş direktoru Deyv Limp həyata keçirilən ixtisarlar barədə xəbəri artıq işçilərə çatdırıb. Onun sözlərinə görə, bu ixtisarlar bütün şirkətdə baş verəcək, üstəlik, menecerlərə də təsir edəcək. Limp işçilərinə bildirib ki, baş verən ixtisarlar nəticəsində bəzi mühəndis vəzifələri, həmçinin də "R&D" və proqram layihələrinin idarə edilməsində iştirakçı olan əsas vəzifələrin hamısı ləğv olunacaq. Baş direktor hətta rəhbərliyin çevrəsinin də daralacağını bildirib. Deyv Limpin əməkdaşlarına e-mail poçt ilə göndərdiyi məktubda qeyd olunub ki, işçilərin ixtisarı barədə qərar 2025-ci il üçün nəzərdə tutulan istehsal planı və "böyümə strategiyası"nın hazırlanması mərhələsindən az sonra yüksək səviyyəli rəhbərlik tərəfindən qəbul edilib. Şirkətin baş direktoru bununla bağlı qeyd edib ki, bu şirkət "sürətlə, qətiyyətlə və effektiv şəkildə" istehsal həcminin və xüsusilə də buraxılış sürətinin artırılmasına diqqət yetirməlidir. "SpaceNews" qeyd edir ki, əslində qəfil ixtisarlar və onların miqyası çoxları üçün sürpriz olub. "Bir ay əvvəl "Blue Origin" şirkəti ilk dəfə öz "New Glenn" raketini uğurla kosmosa buraxdı. İndinin özündə də şirkət bu raket istehsalını gücləndirir, üstəlik də ardınca "New Shepard" kosmik raketini buraxmağa hazırlaşır. İxtisarlar? Belə bir ərəfədə? Niyə? Axı hal-hazırda bu şirkət "Blue Moon" Aya eniş aparatı, eləcə də "Blue Ring" çoxməqsədli kosmik platforma kimi digər nəhəng layihələrin üzərində işləyir" yazan nəşr vurğulayıb ki, 1000-dən çox işçinin azaldılması heç də effektiv üsul deyil və bunun inkişafla, islahatlarla əlaqəsi yoxdur.

Bizə qoşulun