Medianews.az
“Rus evi”nin yuva qurduğu <span style=color:red>ÜNVANLAR
270 baxış

“Rus evi”nin yuva qurduğu ÜNVANLAR

Azərbaycan hökuməti Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzini – “Rus evi”ni bağladı. “Rossotrudniçestvo”nun (Rusiya Xarici İşlər Nazirliyinin yurisdiksiyasında olan muxtar federal hökumət orqanı) nümayəndəliyi olan “Rus evi”nin fəaliyyətinə az sonra Moldovada da xitam verildi. Buna qədər “Rus evi” başqa ölkələrdə - Rumıniya, Makedoniya, Sloveniya, Monteneqro, Xorvatiyada da bağlanıb. Hökumətlərin rəsmi qərarlarında müxtəlif səbəblər göstərilsə də, bu mərkəzlərin məhz xəfiyyə yuvası olduğuna görə bağlandığı şübhə doğurmur. Bəs hazırda hansı ölkələrdə “Rus evi” qalır? Medianews.az suala cavab tapmaq üçün “Rossotrudniçestvo”nun rəsmi internet səhifəsinə nəzər yetirib. Siyahıda hələ də adı qalan Azərbaycanla Moldovanı və Azərbaycanın dövlət kimi tanımadığı, Rusiyanın isə 2008-ci ildə işğal edərək müstəqil dövlət kimi tanımaq qərarı verdiyi Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini çıxsaq, ümumilikdə 60-dan çox ölkədə “Rus evi” olduğunu görərik. “Rossotrudniçestvo”nun internet resursu bəzi ölkələrdə (Belarus, Misir, Hindistan, Qazaxıstan, Polşa, Tacikistan) bir yox, bir neçə “Rus evi”nin olduğunu da göstərir. Medianews.az “Rossotrudniçestvo”nun rəsmi internet səhifəsinə istinadla hazırda ərazisində “Rus evi” olan dövlətlərin siyahısını təqdim edir: ABŞ Avstriya Albaniya Argentina Almaniya Banqladeş Belarus Belçika Bolqarıstan Braziliya Cənubi Afrika Çex Respublikası Çili Çin Ermənistan Efiopiya Əfqanıstan Fələstin Finlandiya Fransa Hindistan İsrail İndoneziya İordaniya İran İspaniya İtaliya Kamboca Kanada Kipr Konqo Koreya Kuba Qazaxıstan Qırğızıstan Laos Livan Lüksemburq Malayziya Malta Macarıstan Mərakeş Meksika Monqolustan Misir Nepal Nikaraqua Özbəkistan Pakistan Peru Polşa Portuqaliya Serbiya Sinqapur Suriya Şri Lanka Tacikistan Tanzaniya Tunis Türkmənistan Türkiyə Venesuela Vyetnam Yaponiya Yunanıstan Zambiya

Bizə qoşulun