17.01.2025, 11:06
160 baxış
Lamiyə
Həyat yoldaşı ilə mübahisə edib özünü GÜLLƏLƏDİ
Türkiyədə Samsunun Bafra rayonunda həyat yoldaşı ilə mübahisə edən İbrahim G. tapança ilə özünü vuraraq ağır yaralayıb.
Medianews.az "Haber global"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
İddiaya görə, İbrahim G. (36) həyat yoldaşı Nurselin G. (34) ilə mübahisə etməyə başlayıb. Mübahisə böyüdükcə əsəbiləşdiyi deyilən İbrahim G. tapança ilə özünü sinəsindən vurub. Nurselin G. qonşularından kömək istəyib.
Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib. Sağlamlıq işçilərinin müdaxiləsindən sonra yaralı xstəxanaya aparılıb.
İbrahim G.-nin vəziyyətinin ağır olaraq qaldığı öyrənilib. Hadisə ilə bağlı istintaq davam edir.
Paylaş: