Medianews.az
Gözlərinizin sağlamlığı üçün bu qidaları<span style=color:red> YEYİN
205 baxış

Gözlərinizin sağlamlığı üçün bu qidaları YEYİN

“Dəniz məhsullarının tərkibində gözlər üçün faydalı olan E vitamini var. Gözlərin sağlamlığı təkcə oftalmoloqun mütəmadi müayinəsindən deyil, həm də düzgün qidalanmadan asılıdır” Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu oftalmoloq-cərrah Kirill Svetlakov deyib. Svetlakov bildirib ki, A, E və K vitaminləri, eləcə də B vitaminləri göz sağlamlığı üçün lazımdır və onları təkcə qida əlavələrindən deyil, həm də qidadan ala bilərik. Məsələn, avokadonun tərkibində A və C vitaminləri, tam taxıl çörəyində B vitaminləri, dəniz məhsullarında isə omeqa-3 yağ turşuları və E vitamini var ki, bunlar da gözün tor qişasının və lensinin sağlamlığını qorumaq üçün faydalıdır. O, həmçinin E vitamini ilə zəngin olan qaragiləni daha tez-tez yeməyi təklif edib. “Retinanı gücləndirən lutein avokado və ispanaqda olur, yerkökü isə bədəndə gecə görmə qabiliyyətinin parlaqlığına cavabdeh olan A vitamininə çevrilən çoxlu miqdarda beta-karotin ehtiva edir”, - Svetlakov bildirib.

Bizə qoşulun