Medianews.az
Masallıda kafedə <span style=color:red>yanğın olub
156 baxış

Masallıda kafedə yanğın olub

Masallı şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində sahəsi 180 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 105 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Medianews.az-a verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizə qoşulun