Medianews.az
Günəşdə çox sayda güclü partlayış: <span style=color:red>Maqnit qasırğası gözlənilir
115 baxış

Günəşdə çox sayda güclü partlayış: Maqnit qasırğası gözlənilir

Günəşdə biri ən yüksək dərəcəli X sinfinə aid olan 15 güclü partlayış qeydə alınıb. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Qeyd edilir ki, ilk partlayış bazar günü gecə baş verib. "Dekabrın 29-da saat 01:14-də (Bakı vaxtı ilə saat 02:14) 3933 (S09W61) günəş ləkələri qrupunda rentgen diapazonunda 19 dəqiqə davam edən M1.2 alışması aşkar edilib", - məlumatda bildirilir. Bundan əlavə, gün ərzində daha 14 M və X sinfinə aid partlayışlar qeydə alınıb. Kosmik hava durumunun monitorinqinə əsasən, ən güclülər - X1.1 Bakı vaxtı ilə saat 11:18-də baş verib və M7.1 Bakı vaxtı ilə 19:09-da baş verib Qeyd olunur ki, X sinfinə aid partlayış Yer kürəsinə mümkün təsiri olan hissədə baş verib. "İlkin olaraq, dekabrın 31-dən yanvarın 1-dək mülayim maqnit qasırğaları ilə müşayiət olunan kütləvi alovlanmaların Yer kürəsinə təsir etməsi ehtimal edilir", - məlumatda bildirilir.

Bizə qoşulun