16.12.2024, 05:59
134 baxış
Lamiyə
İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ olub
İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 69 km cənub-qərbdə, ocağı 62 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Paylaş: