Medianews.az
“Həyat yoldaşımla şəkil paylaşmayanda deyirlər ki, yəqin boşanıb” - <span style=color:red>Aktrisa ailə münasibətlərindən DANIŞDI - FOTOLAR
226 baxış

“Həyat yoldaşımla şəkil paylaşmayanda deyirlər ki, yəqin boşanıb” - Aktrisa ailə münasibətlərindən DANIŞDI - FOTOLAR

“27 ildir ki, bu sənətdəyəm. 27 ildir başımı aşağı salıb sırf sənətimlə məşğul oluram. Alın tərimlə, halal zəhmətimlə, təmiz adımla. Hara dəvət almışamsa heç vaxt pul, qonorar söhbəti etməmişəm. İstəyir veriliş olsun, istəyir serial, istərsə də film. Soruşmamışam ki, nə qədər qonorar verəcəksiniz? “Azdırsa gəlmirəm” deməmişəm. Həmişə düşünmüşəm ki, Allah qapımı açıbsa getməliyəm, işləməliyəm. İşləmişəm, halal ruzimi Allah yetirib. Heç vaxt sənətdə arxamda adamım olmayıb. Başımın üstündə Allahım olub. Bu gün tanınıramsa, azdan-çoxdan sevilirəmsə bütün bunlar Allahın mənə açdığı qapıların sayəsində olub. Olub ki, eyni vaxtda 3-4 yerdə işləmişəm. Sutkada 20 saat işləmişəm. Vaxtilə çəkdiyim əziyyətlərin bəhrəsini görürəm”. Bunu Medianews.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Əliyeva deyib. O heç vaxt şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini bildirib. “Kim kimdirsə bunu tamaşaçılar çox gözəl bilir. Həqiqətən də tamaşaçının gözü tərəzidir. Kim necə, hansı yolla gündəmə gəlmək istəyirsə, əcəb edir. Bu onların öz şəxsi işidir. Heç kəsə yol göstərə bilmərəm ki, bu düz deyil belə et. Bu da mənim yolumdur. Uşaqlıqdan bəri hamı kimi olmamışam. Həmişə öz yolum olub. Ailəmlə gündəmə gəlmirdim, yoldaşımın şəkilini paylaşmırdım deyirdilər ki, yəqin boşanıb. Mən bir az köhnə fikirli insanlardanam. Həyat yoldaşımın öz işi, gücü var. Sənətimə hörmət edir, maneələr qoymur. Deyir ki, get yaradıcılıqla məşğul ol. Bu gün körpə uşağımız var. Mən işə gedəndə onun yanında yoldaşım qalır. Uşağı dayəyə vermirik. 1-2 saat oturur, gedib gələndən sonra o gedib işləri ilə məşğul olur. Şəxsi həyatımı bilirsiniz niyə gündəmə gətirmirəm?! Mənim üçün ailə o qədər müqəddəsdir ki, istəmirəm mənim ailəm müzakirə obyektinə çevrilsin. Mən heç kəsə o ixtiyarı vermirəm ki, mənim yoldaşımı, uşağımı müzakirə etsin. Bu mənim özəlimdir. Necə ki, mən heç kimin ailəsinə qarışmıram, maraqlanmıram, mən də istəmirəm ki, ailəmlə kimsə maraqlansın. Mənim sənətim, yaradıcılığım var. Qoy mənim sənətimdən, yaradıcılığımdan danışsınlar. Obrazlarımı müzakirə etsinlər. O vaxt Əməkdar artist Münəvvər Kələntərlinin ailəsindən kiminsə xəbəri var idi? Və yaxud Xalq artisti Nəcibə Məlikovanın ailəsindən kiminsə xəbəri olub? Yalnız aktrisalar göz önündə olur da. Bu gün 21-ci əsrdir, kimlərsə ailələrini gündəmə gətirirlərsə bu da onların işidir. Mən hələ köhnə fikrimdə qalıram”, - deyə aktrisa bildirib. Ülviyyə Əliyeva həmkarı, Əməkdar artist, mərhum aktrisa Tünzalə Əliyevanı da xatırlayıb: “Tünzalə xanımın yeri həddindən artıq görünür. Deyirlər ki, əvəzolunmaz insanlar yoxdur. Yeri görünən insanlar həddindən artıq çoxdur. Onlardan da biri elə Tünzalə xanımdır. Çox təəssüf edirəm ki, bir aktrisa kimi o istedadını tam göstərə bilmədi. Çox şeylər edə bilərdi. Potensialı tam açılmadı. O mənim sirdaşım, bacım, dostum idi. Biz 18 il bir yerdə olmuşuq. Ən son günə qədər də zəngləşmişik. Son günlərinə qədər də hər zaman məsləhətçim olub. Bu gün çətin günlərim olanda məsləhətlərinə çox ehtiyacım olur. Səsi qulağıma gəlir. Tünzalə ağıllı, müdrik qadın, yaxşı dost idi. Biz bəzən xınayaxdı mərasimlərinə də birlikdə gedirdik. Aramızda heç vaxt pul söz-söhbəti olmayıb. O qədər halal insan idi ki.. Tərəf-müqabili kimi də, aktrisa kimi də, həmkar kimi çox gözəl insan idi. 27 ildir sənətdəyəm, amma mənim Tünzalə kimi ikinci bu cür tərəf müqabilim olmayıb. Hansı ki, bir baxışdan adamı başa düşürdü. 1 kəlmə söz deyirdin, onun 5 qatını sənə qaytarırdı. Bir aktrisa kimi mən ondan çox şey öyrəndim. Allah ruhunu şad etsin”. Əli ƏSGƏR

Bizə qoşulun