04.12.2024, 09:29
156 baxış
Lamiyə
Zinət əşyaları üçün qonşusuna bıçaqla hücum etdi
Rusiyanın subyektlərindən olan Yamalo-Nenets Muxtar Dairəsində 53 yaşlı kişi zinət əşyaları üçün bıçaqla qonşusuna hücum edib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, sentyabrın 5-də Tarko-Saledə əlində bıçaq olan şəxs qadına yaxınlaşaraq ondan pul verməsini tələb edib. Daha sonra qadının saçından tutub onun bağ evinə aparıb.
Orada kişi qadının evinə daxil olaraq qadını hədələyib və 121 min rubl dəyərində qızıl-zinət əşyaları dəstini oğurlayıb.
Kişi həbs edilib.
Faktla bağlı cinayət işi açılıb.