Medianews.az
Ədalət Verdiyevi neçə il <span style=color:red>HƏBS GÖZLƏYİR? - HÜQUQŞÜNAS RƏYİ + FOTO
285 baxış

Ədalət Verdiyevi neçə il HƏBS GÖZLƏYİR? - HÜQUQŞÜNAS RƏYİ + FOTO

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev ötən gün həbs edilib. Baş Prokurorluğun Mətbuat Xidmətinin bu barədə yaydığı məlumata görə, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyev Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş aparıb. Bundan sonra o, həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yayıb. Bununla da öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Maraqlıdır, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Ədalət Verdiyevi neçə il həbs gözləyir? Mövzu ilə bağlı Medianews.az-a danışan hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, hərbi ekspert Ədalət Verdiyev dövlət sirrini yaymaqda, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. Hüquqşünasın sözlərinə görə, bu cinayətlər xarakter və ictimai təhlükəsizlik dərəcəsində görə az ağır sayılır: “Ədalət Verdiyevə qarşı ittihamın məzmunu kütləvi informasiya vasitələrində və sosial mediada geniş yayılıb. Mən məsuliyyət həddinə və ibtidai araşdırma müddətinə dair deyə bilərəm ki, cinayət qanunvericiliyinin tələbinə görə, həmin cinayətlər xarakter və ictimai təhlükəsizlik dərəcəsində görə az ağır sayılır. Cinayət-Prosessual Məcəllənin tələbinə əsasən az ağır cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda 10 aydan çox olmayan müddətdə qurtarmalıdır. Birinci ittiham üzrə (Cinayət Məcəlləsinin 284.1-ci maddəsi) təqsirləndirlən şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İkinci ittiham üzrə (Cinayət Məcəlləsinin 308.2-ci maddəsi) üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Ərtürk İSMAYIL

Bizə qoşulun