Medianews.az
Ermənistan HƏRƏKƏTƏ KEÇDİ: <span style=color:red>Azərbaycanın cavabı NƏ OLACAQ?
225 baxış

Ermənistan HƏRƏKƏTƏ KEÇDİ: Azərbaycanın cavabı NƏ OLACAQ?

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib. Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib. Diqqət çəkən məqam budur ki, Z.Həsənovun keçirdiyi xidməti müşavirə Ermənistan müdafiə nazirliyinin hərbçiləri avtobuslarla Azərbaycanla şərti sərhədə göndərməsindən sonraya təsadüf edib. “Telegram” kanallarının yaydığı görüntülərə və məlumata görə, Ermənistan Azərbaycanla şərti sərhədə canlı qüvvə ilə yanaşı, hərbi texnika da yeridir. Bütün bunlar yeni savaşın başlayacağına işarədirmi? Azərbaycanın cavabı nə olacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bidirib ki, Ermənistanın 5 aprel tarixindən sonrakı müddətdə həyata keçirdiyi tədbirlər birmənalı şəkildə Azərbaycanla münaqişənin yenidən alovlandırılmasına yönəlib. Onun sözlərinə görə, əvvəllər də Ermənistanın Azərbaycanla şərti sərhəddə hücum silahları ilə təchiz olunmuş yeni hərbi hissələr yerləşdirdiyi, öz döyüş potensialını bərpa etməyə yönəlik addımlar atdığı müşahidə olunub: “Son günlər rəsmi İrəvan hərbi toplanışlar adı ilə ehtiyatda olan vətəndaşları orduya cəlb edərək onları Azərbaycan-Ermənistan şərti sərhədində cəmləşdirir. Digər tərəfdən isə ərazilərə yeni hücum silahları, texnika vasitə və avadanlıqlarını daşıyır. Belə bir şəraitdə Azərbaycan təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək məcburiyyətindədir. Təbii ki, bu tədbirlərin bəziləri preventiv xarakter daşıya bilər. Yəni, biz gözləməyək ki, sərhədimizdə yerləşdirilən erməni silahlıları nə vaxt istifadə olunacaq, yaxud bu istifadədən sonra Azərbaycan əsgərinin həyat və sağlamlığına xəsarət yetiriləcək”. Hərbi ekspert vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, Azərbaycanla münasibəti gərginləşdirməyə və revanş vasitəsilə, ən azından müəyyən əraziləri işğal etməyə çalışır: “Belə bir şəraitdə Azərbaycanın öz sərhədinə yaxın Ermənistan ərazisində bufer zona – təhlükəsizlik zonası yaratmasını biz daha əvvəllər də təklif etmişik. Hazırda eyni prosesi həm Türkiyə, həm də İsrail öz təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq edirsə, deməli, bu, Azərbaycan üçün də qəbul edilə bilən forma ola bilər. Onsuz da Ermənistanın bu gün Azərbaycana atəş açdığı ərazilər tarixi torpaqlarımızdır. Biz razı ola bilmərik ki, tarixi torpaqlarımızdan Azərbaycan ərazilərinə atəş açılsın və ya təxribatlar törədilsin. Odur ki, Ermənistan əgər davranışlarında korreksiyaya yol verməzsə, mütləq müxtəlif üsullarla Azərbaycan tərəfindən cəzalanacaq. Ola bilər ki, proses bu gün olmasın, bir ay sonra olsun. Bu məsələ bizdən daha çox Ermənistandan asılıdır. Əgər təxribatlar davam edəcəksə, Ermənistanda hərbçilərin dəfn olunduğu “Yerablur” ərazisi genişlənəcək”. Ə.Verdiyev qeyd edib ki, proseslər artıq davamlı xarakter alıb və Ermənistanın təxribatları yalnız bir-birini əvəzləyir: “Gah atəşkəsi pozur, PUA uçururlar, gah da qoşun şərti sərhədə yerləşdirir, orada yeni hərbi hissələr yaradır, Azərbaycana qarşı qarayaxma kompaniyalarına başlayırlar. Azərbaycanı olmayan cinayətlərdə günahlandırmağa çalışılar. Halbuki, Ermənistan dünyada Azərbaycanı nədəsə ittiham edəcək ən son ölkədir. Hesab edirəm ki, otuz illik işğal tarixinə malik bir ölkənin yenidən silahlanmasının qarşısını Azərbaycan bu gün də qətiyyətlə almaq iqtidarındadır”. Nailə QASIMOVA

Bizə qoşulun