“İqtidar baqi taxtında,
Müxalif razı baxtında.
Bu dünyanın bu vaxtında
Xalq olmaqdan pisi yoxdu"
(Mətləb Nağı)
Dövlət İmtahan Mərkəzi deyir ki, xeyli dövlət vəzifələrimiz vakantdır. Yəni bombalamboşdur. Bacarığı olan, xalqa qulluq eləmək, ömrünü el yolunda şama döndərmək istəyən varsa, buyursun, imtahan versin, keçib işləsin. Üst-üstə 1500-dən çox vəzifəyə adam lazımdır. Bunların içərisində xeyli yüksək vəzifələr də vardır. Misal üçün, “Qaçqınkom”da, Dövlət Turizm Agentliyində, Energetika Nazirliyində aparat rəhbəri, bir neçə nazirlikdə, komitədə şöbə müdirləri, rəis müavinləri, hətta rəislər (!) axtarılır. Özü də işin ironik tərəfi odur ki, kreslosu boş qalanlar arasında məhz adamları işə düzəldəsi adamlar da vardır. Örnək üçün, bu dəqiqə Dövlət Əmək Müfəttişliyinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi axtarılır. Əgər bu vəzifələr boşdursa, qalan vəzifələrə adamı necə tapacağıq? Özünüməşğulluq proqramı nə təhər şiddətlə yayılıbsa, belə çıxır dövlətin məşğulluq idarəsinə müdir olmaq istəyən yoxdur.
Eyni zamanda bu vəzifələrin niyə boş qaldığını təxmin eləmək mümkündür. Korrupsiya ilə mübarizənin belənçik mənfi yanları vardır. Pul yığa bilməyəcəksənsə, Allahın (s) adi yaşayış yeri arayışını ASAN xidmətdə müftə paylayırlarsa, vəzifə nəyə gərəkdir? Hətta indi tamojna belə maraq doğurmur, təsəvvür elə, orda poçtla telefon keçirən müdiri də tutub zindana saldılar.
Ümumiyyətlə, bu zindan məsələsi vəzifələrin boş qalmasında mənfi rol oynayır. Bu məqamda yadıma bir anekdot düşüb, tam bizim temaya uyğundur. Deyir bir nəfər məmur (bu yerini özümdən uydurdum, lətifədə vəzifə bildirilmirdi) ölür, qəbirdə iki nəfər gəlir bunun başının üstünü kəsdirir. Soruşur siz kimsiniz, deyirlər biz İnkirlə Minkir-ik. Qısası, bunlar başlayır məmuru çırpmağa. O döyür, bu dincəlir, bu döyür, o dincəlir. Adam döyülməyin arasında birtəhər başını qaldırıb deyir bir dəqiqə əl saxlayın, sözüm var. Mələklər dayanırlar. Məmur deyir: “Ay balam, nə həşirdir? Bu qədər işgəncə olarmı? Elə bu cür eləyirsiniz ki, heç kim bura gəlmək istəmir da bə!”
İndi lətifəmizin qüvvəti, çoxlu vəzifəli adamı tutub içəri basırsansa, millətdə vəzifələrə marağın soyuması təbiidir. Bu, bazar iqtisadiyyatının əsas qanunlarından biridir: təklif nə qədər mənasız olsa, tələbat o qədər azalacaqdır, qiymət düşəcəkdir. Sözgəlişi, dünənki yazımda deputat Xanhüseyn Kazımlının Narxozda qiymətin əmələ gəlməsi kafedrasında dərs keçməsini güman kimi yazmışdım, sonra məlumat oxudum, sən demə, keçən ilin sonunda Narxoz rəhbərliyi həmin kafedranı ümumən ləğv edibdir, kişini işdən çıxarıbdır. Villa orada əldən gedir, kafedra burada. Necə deyərlər, əri döyən arvadı, it də tutdu bir yandan.
Haçan xəbər lentinə baxsan mütləq bir vəzifəli adamı tuturlar. Ya da ən yaxşı halda vəzifəli şəxsin arvadı, atası, baldızı, nə bilim, yeznəsinin şoferinin katibəsi ölür. Qabaqlar niyə vəzifəli şəxslərin arvadları ölmürdü? Çünki vəzifə sağlamlığa müsbət təsir edirdi. İndi isə eləmir. İndi gərək dövlət vəzifəsində xalqa qulluq edəsən. Biabırçılıqdır. Hətta bir dəfə nazirin fotosunu vermişdilər, ayağında sapoq (!), qucağında xəstə qoyun balası (!!), palçığın, zığın-zıqqanın (!!!) içində durub şəkil çəkdirmişdi. Biz belə şey görməmişik. Yox bir, bəlkə nazir avtobusla, deputat metro ilə işə getsin? Guya bura Danimarkadır, İsveçdir, nə bilim haradır. Elə tərbiyəsiz, təlimsiz, hörmətsiz, böyük-kiçik yeri qanmayan ərazilərə oxşamaq bizə yaraşmaz. Bizim öz milli mentalitetimiz var. Bizdə tarixən bəylə plov yeməyən adamlar olubdur ki, birdən bığları yağa batar.
Bu arada xəbər gəldi ki, dostumuz Venesuelada da prezident vəzifəsinə adam axtarırlar.
25.01.2019, 08:28
573 baxış
Zamin Hacı
Vəzifələrin boş qalmasının səbəbləri