Hərbi çevrilişdən bəhs edən o kitab barədə bir-iki il əvvəl də yazmışam, amma indi söhbət aktualdır deyə, yenə yazıram - dəfə bir az təfərrüatlı şəkildə. Hələ onu da deyim ki, amerikalı yazarlar Fletçer Nibel və Çarlz Beylinin o məşhur romanını ana dilimizə özüm çevirmişəm. Təvazökarlıqdan Kapotoli təpəsi qədər uzaq olsa da, deyim ki, yaxşı alınıb.
O vaxt mən deyəndə ki, Şahbaz bəy, bu romanı tərcümə eləmək lazımdır, naşir qardaş məsələyə bir az skeptik yanaşdı. Amma dirəşdim, dedim, bu, dünyanın 50 ölkəsində tərcümə olunub, hamısında da bestseller olub.
Zarafat deyil, söhbət ABŞ kimi bir dövlətdə ordu komandalarının birləşərək qanuni prezidenti devirməyə cəhd etməsindən, türkün sözü, darbə girişimindən gedir.
Tarixdə belə bir hadisə gerçəkdən də baş veribmi, verməyibmi, bunu təsdiq edən yoxdur, amma müəlliflərdən birinin Pentaqona və Ağ Evə girib-çıxan jurnalistlərdən olması dolayısı ilə sübut edir ki, adam havayı yerdən bu qədər dinamik süjet uydura bilməzdi.
Hərbçilərin qiyamının dəf edilməsinin əsas səbəbkarı Pentaqonda işləyən bir polkovnik olur. Adam növbədə olduğu bir bazar günü gəvəzə bir zabitin çərənləməsindən aldığı informasiyadan quşqulanır ki, ortada nəsə bir oyun var. O, şübhələrinin ya dağılması, ya da dərinləşməsi üçün bir az araşdırma aparır, görür ki, bay, baş qərargah rəisi digər qoşun komandanlarının çoxu ilə birləşib və bir həftə sonraya qiyam təyin edib.
Belə olanda polkovnik Ciqs Keysi ləngimədən cumur Ağ Evə, birtəhər prezidentlə görüşür, şübhələrini ona deyir, əsaslar göstərir. Siqnalı alan prezident təcili tədbirlər görməyə başlayır. Yox, o dərhal xalqı küçələrə çağırmır, bütün növ qoşunları, qvardiyanı, yerlilərini, idman federasiyalarında birləşən idmançıları, büdcə təşkilatlarında “çörək verdiyi” şəxsləri, kilsədə çalışan rahibləri köməyə çağırmır, cəmi 9 nəfərdən ibarət yaxın adamlarını yığır, məsləhətləşir.
Prezidentin adamları iş bölgüsü aparırlar, generallara qarşı dəlil-sübut toplamağa başlayırlar. Çünki generalların rəhbəri Skott ölkədə populyar və sevilən, üstəlik, ağıllı və xarizmatik adamdır, prezident anlayır ki, ona qarşı dəlil-sübutsuz bir çıxış eləsə, adam işin içindən sıyrılar, xalq onun tərəfini tutar.
Xüləs, polkovnik Keysi general Skotta qarşı fakt tapmaq üçün Vaşinqtondan Nyu-Yorka gedir, orda onun bəzi əlaqələrini, o cümlədən nikahdankənar eşq macərasını üzə çıxarır. Paytaxta qayıdıb gələndə Keysinin arvadı ərini “lotuşka” yanına qaçmaqda suçlayır, o da axırda gedib prezidentə gileylənir ki, çevriliş qabağı aldığım deyil, arvad dünyanın başıma çevirir. Prezident götürüb polkovnikin arvadına zəng edir, deyir, kişidən bədgüman olma, onu ora-bura mən göndərirəm.
Fövqəladə qərargahın o biri üzvləri də dəlillər toplayırlar. Məlim olur ki, general Skott xüsusi bir kommandos bazası yaradıb, amma rəsmən qeydə alınmayıb. Ən ümdəsi bu hərbi birlik strateji obyektlərin ələ keçirilməsi üzrə təlim keçir, məşq edir. Prezidentin xüsusi nümayəndəsi qiyama qoşulmuş admirallardan birindən ifadə almaq üçün Cəbəllütariqə uçur, ifadə alır.
Günlər irəliləyir, sənədlər, dəlillər toplanır. Çevrilişin nəzərdə tutulduğu gün yetişir. Həmin gün hərbi təlim olmalıdır və orada general Skottun adamları prezidenti girov götürməlidirlər. Təlim-çevrilişə bir gün qalmış prezident deyir ki, heç bir təlim olmayacaq və qərargah rəisini kabinetinə çağırır. O, əldə etdiyi bütün sənədləri (birindən başqa) ortaya tökür. Prezident deyir, general deyir, söz güləşdirirlər. Axırda prezident generala sübut edir ki, o düz yolda deyil, onun hərəkəti Amerika xalqına xəyanətdir. General üzüsuluykən istefa verib, təqaüdə getməyə razılaşır. O, qapıdan çıxanda prezident onun eşq macərasına, eləcə də məşuqəsinin vergidən yayınmaq üçün generala ziyafət verməsinə dair düzəltdiyi saxta sənədlər olan qovluğu onun qoltuğuna verib deyir ki, bunu da götür, lazım olmayacaq. (Bundan əvvəl prezident öz dostlarına deyir ki, devrilsə də, bu şantaj xarakterli materialdan Skotta qarşı istifadə etməyəcək).
Daha sonra prezident artıq nələrisə iyləyib-çüyləmiş media nümayəndələrinin qarşısına çıxır. Onlar generallarla prezidentin arasındakı gərginlik, hərbi çevriliş təhlükəsi barədə çoxsaylı suallar verirlər. Prezident deyir ki, elə şey yoxdur, sadəcə, general Skottla aramızda fikir ayrılığı vardı və mən xalq tərəfindən seçilmiş prezident olduğuma görə o, istefa verməli oldu.
Maraqlı məsələdir. Bir köşədə hamısını yazıb çatdırmaq mümkün deyil. İbrətamiz məqamlar var. Məsələn, prezident bir hərbi çevriliş məsələsini ona görə ictimailəşdirmək istəmir ki, Amerika xalqının orduya, əsgərə inamı sarsılmasın, cəmiyyətdə parçalanma baş verməsin.
İndiki çevrilişlərə baxırsan, görürsən, yox, həm çevrilişi hazırlayanlar, həm də onun qarşısını alanlar naşılıq ediblər.
Amma bir iş də var ki, Pentaqondakı o zəvzək zabit çərənləyib Keysini oyandırmasaydı, yəqin ki, general Skott prezidenti devirəcəkdi.
Görəsən, 15 iyul günü Ankarada hansı zabit zəvzəyib?
20.07.2016, 09:13
500 baxış
Samir Sarı
Polkovnik Keysi hərbi çevrilişin qarşısını necə aldı...