Danmağın, üstündən keçməyin faydası yoxdur, 9 May artıq urvatsız bayramdır, nə əvvəlki təntənə var, nə də əski coşqu-büsat. Biz bu günü candərdi qeyd edirik, imtinanın Rusiyanın xoşuna gəlməyəcəyindən ehtiyat edirik. Ancaq daxildə 9 Mayın rus hərbçisinin bayramı olduğunu bilirik və dərhal yadımıza rus hərbçisinin başqa bir hərbi əməliyyatı - 20 Yanvar düşür.
Bizdə 20 Yanvarın kölgəsi böyüyüb-böyüyüb 9 Mayı altına aldığı kimi, qazaxlarda da 16 Dekabrın, gürcülərdə 9 Aprelin, litovlarda 13 Yanvarın kölgələri 9 Mayın parlaqlığını sönükdürür.
Hələ bu xüsusda Macarıstan (1956), Çexiya (1968), Polşa (1980) tarixlərinin də qara günləri var və onların hamısı II Dünya müharibəsinin 3 qalibindən biri olan rus əsgərinin simasına çapıq salıb.
Avropa və Qafqaz xalqları rus əsgərinə kömək edərək alman və italyan, eləcə də yapon faşistləri üzərində ona görə qələbə qazanmamışdılar ki, bu əsgər gəlib sonradan onlara atəş açsın, qətliam törətsin.
Artıq neçənci onillikdir ki, insanlar bizim uzun illər “Böyük Vətən Müharibəsi” adlandırdığımız, əslində isə II dünya müharibəsinin böyük və həlledici epizodu olan savaşa ideoloji mövqedən yanaşmır, tarixi prizmadan və praqmatikcə yanaşırlar.
İndi çoxları bu müharibəyə iki qəddar ideologiyanın, dünya ağalığı iddiasında olan irqçiliyin və dünyanı ibtidai kommunalarla doldurub idarə etmək istəyən qanlı kommunizmin savaşı kimi baxırlar. Onların hər ikisi insan qanına susamışdı. Hazırda bəşər əhli İŞİD terrorunun görüntülərindən necə dəhşətə gəlirdisə, 75-80 il öncə bütün Avropa qərbdə Hitlerin və faşistlərin, şərqdə Stalin və kommunistlərin qəddarlığından, milyonlarla insanı məhv etməsində o cür sarsılmışdır.
Bu, həm də iki paranoik tiranın - Hitler və Stalinin savaşıydı. Onlardan biri böyüklük maniyasına yoluxmuşdu, digəri təqibolunma maniyasından əziyyət çəkirdi. Avropada və Asiyanın böyük bir hissəsində yaşayan milyonlarla insan məhz bu iki psixi xəstənin qeyri-insani fantaziyasının güdazına getdilər.
Bəs ABŞ və İngiltərə nəyə görə bu iki pis qüvvədən məhz SSRİ-yə qahmar çıxdılar? Çünki Hitler Almaniyası daha təhlükəli idi, daha qəddar idi, üstəlik, daha iddialı idi. Ona kömək olunardısa, Hitler dünya ağalığı ideyasını gerçəkləşdirə bilərdi. Ona görə də ABŞ və İngiltərə zəif SSRİ-nin tərəfini tutaraq güclü yırtıcını zərərsizləşdirdilər, daha sonra bu “zəif yırtıcı”nın da gücləndiyini görərək, onu da “soyuq müharibə” yolu ilə cilovlamağa çalışdılar.
Əgər 1941-ci ildə sovet Rusiyası hücum edərək Almaniya torpaqlarının dərinliklərinə girsəydi, ABŞ və İngiltərə, eləcə də Fransa və İtaliya kimi dövlətlər məhz Almaniyaya kömək edər, rusları geri oturdardılar.
Başqa sözlə, II dünya müharibəsi Avropanın iri dövlətlərinin müharibəsi olaraq başlayıb, daha sonra dünyanı əhatə edib. Böyük dövlətlər milyonlarla insanın qanı bahasına öz aralarındakı “kim kimi” problemini həll ediblər. Odur-budur, avropalılar daha müharibə etmirlər, ağıllanıblar, bilirlər ki, o cür qanlı müharibələrlə heç nə əldə etmək mümkün deyil.
Azərbaycan 300 mindən artıq oğul və qızını itirdiyi müharibədə epizodik rolda oynayıb.
İtkimiz böyük, qazancımız az olub. İndiki meyarlarla yanaşsaq, belə görünür ki, 1945-ci ildə SSRİ yox, faşist Almaniyası qalib gəlsəydi, bunun Azərbaycana elə bir isti-soyuğu olmayacaqdı. Faşistlərin soyunu kəsmək istədiyi xalqların siyahısında Azərbaycan türkləri olmasa da, özlüyündə faşizm antibəşəri ideologiya olduğundan heç kəs ondan fayda da görə bilməzdi.
Bununla belə, həmin müharibədə həlak olan həmvətənlərimizlə yanaşı, yüz minlərlə soydaşımız məşəqqətli cəbhə həyatı yaşayıb, yaralanıb, zülm-zillət görüblər. Arxa cəbhədə milyonlarla insanımız məhrumiyyət, iztirab, sıxıntılar çəkiblər.
Ona görə də onlar, eləcə də müharibə xatirələri böyüyən orta nəsil bu müharibəyə soyuqqanlı yanaşa bilməzlər. Mümkün də deyil.
Bir də arxivlər açıldıqca ortaya çıxır ki, rus hərbçilərinin törətdiyi hərbi cinayətlər faşist əsgərlərinin analoji cinayətlərindən daha çox olub. Almaniyanın sovet işğalı altında qalan ərazilərində dinc əhaliyə qarşı kütləvi güllələnmə və zorlama hadisələri baş verib.
Bu baxımdan hazırda ölkəmizdə 9 May qələbəsinin təntənəsiz qeyd edilməsini anlamaq olar. Biz öz müharibəmizin qələbəsini qeyd edəcəyik.
10.05.2016, 07:04
204 baxış
Xalid Kazımlı
Qələbə təntənəsinin sönükləşməsi