Məmləkət insanında belə bir qənaət var ki, iqtidar komandasında dərin bilikli, analitik təfəkkürlü siyasi texnoloqlar qrupu var və onlar hakimiyyətin atdığı bütün addımları öncədən ölçüb-biçir, ortaya aydın və nəticələri hesablanmış konsepsiya qoyurlar.
Bəlkə də belə bir qrup var, amma hadisələrin gedişi göstərir ki, elə bir qrup varsa da, onun sözünə qulaq asmırlar.
Çünki aprelin 5-dən sonra ölkədə götürülən siyasi kurs, xüsusilə də AXCP sədri Əli Kərimliyə qarşı aparılan qaralama, pisikdirmə kampaniyası heç bir siyasi texnologiya konsepsiyasının çərçivəsinə sığmır.
Sanki bu kampaniyada iştirak edənlərə yuxarıdan belə bir əmr verilib ki, gedin onun başına oyun açın.
Onlar da sovet dövründən qalma kampaniyaçılıq ənənələri ilə hərəkət edirlər, ayrı-ayrı qruplardan ibarət şəxsləri yüngülcə təlimatlandırıb “döyüş”ə göndərirlər.
12 gündür davam edən bu pisikdirmə kampaniyasının nətciələrinin nə olduğu, ictimaiyyətin buna hansı reaksiya verdiyi heç kəsin vecinə deyil. Elə bil, fərq etmirlər ki, kampaniya əks-effekt verir.
Bəlkə də iqtidar texnoloqları fərqli düşünürlər və hesab edirlər ki, kampaniyanın ən effektli səhnəsi yaxın qohumlarının Əli Kərimliyə qarşı qoyulmasıdır.
Həmin qohumlar (biz onları “əmoğlular” adlandıraq) hakimiyyət adamlarının tövsiyəsi, təhriki, vadaretməsi ilə ortaya çıxaraq elə bir biabırçı akta qol qoyublarsa da, bu, böyük bir qəbahətdir, öz təşəbbüsləri ilə meydana atılıblarsa da.
İkisi də ola bilər. Çünki əksər nəsil şəcərələrində karyerist, mənfəətpərəst adamlar var və onlar kalori və komforta çıxış əldə etmək üçün ən əziz adamını belə satmağa hazırdırlar.
Görünür, hakimiyyət adamları “əmoğlular” qrupundan istifadə etməklə cəmiyyətə göstərmək istəyirlər ki, baxın, hakimiyyətə gəlmək istəyən bu şəxs öz nəslində də hörmətə malik deyil, hətta öz yaxın qohumlarının dəstəyindən məhrumdur.
İndi bunu siyasi texnologiya əsəri saymaq olarmı? Əsla. Bu, olsa-olsa inkişafdan qalmış şərq məmləkətlərində məqbul sayılan bir hərəkətdir. Normal insanlar bu cür addım atanları hər zaman qınayır və bundan yararlananları təqdir etmir.
İndi gələk iqtidar komandasının tənqid və təhqir vektorlarını Əli Kərimlinin üzərinə yönəlməsinə səbəb olan duruma. Nədən belə oldu?
Aydın məsələdir, bu hakimiyyət iş başına gəldiyi gündən bəri onu istəməyənləri qaralayır, sıxışdırır, zəiflətməyə, gözdən salmağa çalışır və hər dəfə də bunu etmək üçün bir səbəb, bəhanə tapır.
Bu, uzun müddətdən bəri davam etdiyi üçün artıq bir çox siyasi qüvvələr öz qərar və hərəkətləri ilə hakimiyyətə bəhanə verməməyə çalışırlar, onun hansı durumdan əks-təbliğat üçün istifadə edə biləcəyini bilirlər.
Əsl siyasətçi, əlbəttə, özünü daima bədəninə yağ çəkmiş güləş pəhləvanı kimi aparmalıdır ki, rəqibi onun qolundan, ayağından, boynundan yapışa, onu yıxmaq üçün fənd işlədə bilməsin.
Siyasətin qaydası budur: rəqibinlə ehtiyatlı olmalısan. Həm də bilirsən ki, bu iqtidar komandası qaydasız döyüş həvəskarıdır, sən qaydalara riayət etməyə məcbur olduğun halda o, heç bir qayda saymır, lazım gələndə badalaq da vuracaq, saçdan da yapışacaq, hətta qurşaqdan aşağı zərbə endirməkdən də çəkinməyəcək.
Bunları bilə-bilə dövlət, millət, cəmiyyət üçün həssas olan bir məsələdə bir qədər ehtiyatlı olmaq, radikal tənqidçi-təftişçi mövqedən bir neçə günlüyə geri çəkilmək lazım idi. Elə sözlər seçmək lazım idi ki, nə ermənilər ondan Azərbaycana (və onun hakimiyyətinə) qarşı manşet düzəltməsinlər, nə də hakimiyyət “xarici düşmən”i o tərəfə buraxıb “daxili düşmən” axtarışına çıxmasın.
Fəqət Əli Kərimli belə etmədi, Qarabağ cəbhəsindəki toqquşmaların nəticələrinin yaxşı tərəfini (ərazinin işğaldan azad edilməsi) bir kənara qoyaraq, pis tərəfini (itkiləri) qabartmağa, bundan hakimiyyətə qarşı təbliğat materialı kimi istifadə etməyə çalışdı və bu hərəkətiylə iqtidar komandasını qəzəbləndirdi.
Təcrübə göstərir ki, siyasətdə ifrat qərəzkarlıqla, emosional açıqlamalarla bir yerə varmaq mümkün deyil. Hər dəfə marığa yatmış snayperin nişangahına çıxmaq igidlik sayılmaz.
Siyasət soyuqqanlı, şahmatçı təfəkkürlü adamların işidir. Rəqiblərlə qaydalar çərçivəsində mübarizə aparmaq isə siyasi mədəniyyət məsələsidir.
18.04.2016, 10:07
231 baxış
Xalid Kazımlı
Əks-effektli kampaniya, düşmən əmoğlu və nişangahdakı hədəf