Əgər hakimlər sifarişlə saxta hökmlər kəsirsə, polislər qanunları qorumaq yerinə adam döyürsə, jurnalistlər yalan yazırsa, deputatxana üzvü də qəbulunda iştirak elədiyi qanunları dəli inək balasını ayaqlayan kimi çığnamağa daim hazır olmalıdır. Bu baxımdan, şəxsən mənə aydın deyil ki, nə üçün bəzi vətəndaşlarımız deputatxana üzvlərinin vaxtaşırı olaraq himnə hücumundan narahat olurlar. Onların işi budur - qanunları pozmaq.
Bu məqsədlə ordan-burdan toplayıb həmin binaya yığıblar. Araz Əlizadənin şəxsinə gələndə, bu adam guya sosial-demokrat partiyasının sədridir, ancaq həyat və yaradıcılığına baxanda görürsən ki, onun sosial-demokratiya hərəkatına dəxli Balıq Hafizin dünya okeanına dəxli qədər olar. Üstəlik, özü ağlamalı kökdə olan birisinin himni mərsiyə sayması təbii haldır. Bax, mən özüm elə burda əl saxlayıram, çünki Araz Əlizadə haqda azca çox düşünmək istənilən insanda mənəvi deqradasiyaya səbəb olur.
Bu gün aprelin 1-dir, bütün il boyu yalan danışanlar bir-birilərini aldatmağa cəhd edəcəklər. Əlbəttə, bu boyat fikri qəsdən yazdım. Azərbaycanda doğru danışan insanlar da vardır. Necə deyərlər, hətta xarab saatlar belə sutkada iki dəfə vaxtı düz göstərirlər.
Ancaq bəzi absurdlar var ki, hətta məni də - üzü xəbərlər görmüş jurnalisti də heyrətləndirir. Örnək üçün, bir-iki il qabaq yazıçı Əkrəm Əylislini vətən xaini elan elədik, kitablarını yandırdıq, bütün medallarını əlindən alıb əritdik, AYB üzvü qoca şairlərə diş düzəltdirdik. Yaxşı da elədik, çünki ölkəmizdə hər bir yazıçı, cızmaqaraçı partiya və dövlətin müəyyən elədiyi vətənpərvərlik xəttinə uyğun qələm çalmağa borcludur. Anar müəllimin yanında bu cür peşəkar yazıçı qayırmaq üzrə kurslar vardır, cürbəcür gənc şair və şairələr, nasir və nasirələr, dramaturq və aktrisalar gəlirlər, hikmət xəzinəsindən incilər əldə edirlər.
Uzun sözün qısası, bu adam klassik azərbaycanlı düsturu ilə desək, “yediyi boşqaba tüpürən” birisidir. (Yediyi boşqabı yalayanlara daha böyük hörmət qoyuruq, istəyir o boşqabda it yalı yesin. Əsas süfrə mədəniyyətidir). Bəs indi bunu sərhəddə niyə incidirsiniz, nə üçün buraxmırsınız ölkədən çıxıb getsin cəhənnəmin dibinə, ana yurdumuzun cənnəti, gülüstanı biz bülbüllərə qalsın!? Vallah, mən “Multikulturalizm və Şah İsmayıl Xətai” əsərini yarıya qədər oxumuşam, ancaq yapistlərin məntiqini başa düşmürəm. Deyirlər ermənipərəstdir, düşməndir, satqındır, eyni zamanda bərk-bərk saxlayırlar. Nə əldən qoyur, nə yardan doyur məsəli kimi.
Bəlkə də Molla Nəsrəddinin ipdə qalan buzovu döymək məntiqi kimi bir məntiqləri vardır, düşünürlər xaricə getsə, vətəni daha çox satar. Axı bizim vətənin çox hissəsi xaricdəki banklarda, ofşor hesablarda, nazir uşaqlarının dükanlarında yerləşdirilmişdir.
Erməni demişkən... Bu günlərdə bir xəbər də təəccüb yaratdı. Yazmışdılar ki, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı son 10 ildə cəmi 8 min nəfər artmışdır. Guya biz artırıq, ermənilər isə azalır, ürəyinizi buz kimi saxlayın, 100 ilə-zada artıb Qarabağı tutacağıq. Ancaq biz Qarabağ zonasına Suriyadan Argentinaya qədər hər yerdən ermənilərin köçürüldüyünü də yayırıq axı. Bəs onlar hara köçür? Bu pişikdirsə, ət hanı? Bəlkə Suriya erməniləri Ağcabədiyə köçürlər?
Bizim rəsmi təbliğata görə Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu da həmin karikatur “tankı xodlasaq tüstüdə ağcaqanad kimi boğularlar” məntiqidir. Ancaq elə bu günlərdə xəbər yayıldı ki, bəs, sən demə, Avropanın ən militarist, ən hərbiləşdirilmiş ölkəsi Ermənistandır. Azərbaycan o siyahıda yalnız 4-cü yerdə idi.
Tələbələr haqda oxuduğum xəbər isə bunların hamısından üstün idi. BDU-nun tələbələri şikayət edir ki, iki aydır təqaüd ala bilmirlər. Universitetin pul işinə baxanı açıqlama vermişdi, deyir bizlik iş yoxdur, yeni təqaüd kartları hazırlanır, Nazirlər Kabinetinin qərarına əsasən fevraldan ödənişli oxuyan tələbələr də təqaüd alacaq, bunlar nəzərə alınmalıdır və sairə.
Ödənişlə oxuyan tələbəyə universitetin təqaüd verməsi əsl lətifədir. Adam ildə universitetə 3-4 min manat verir, sonra ayda 55 manat təqaüd alacaqmış. Elə bil universitet bankdır, pul qoyub faiz alırsan. Pulla oxuyana təqaüd vermək elə Artur müəllimin ağlının məhsulu ola bilərdi. Təqaüdü ödənişdən çıxmaq olmazmı? Yaxud, hər ay tələbəyə qoyun verin, saxlasın.
Hadı müəllim deyən üsulla. Ya da Aqil müəllim deyən kimi, BDU-nun qabağında soğan əkə bilərlər. İndi isə oturub biveclər kimi təqaüd kartı gözləyirlər.
01.04.2016, 12:38
274 baxış
Zamin Hacı
Əziz və hörmətli vətən xaini