Bayram günlərində əsgərlərlə yumurta döyüşdürən müdafiə nazirinin fotosunu gördüm. Əslində pasifist bir insanam və istənilən dünya ordusunun insan qanı axıtmaqdansa yumurta döyüşdürməsinə daha artıq sevinirəm. Ümid edək haçansa Yer kürəsində - Kainatın hansısa dərəsində yuvarlanan bu toz dənəciyinin üzərində doğruçu barış yaranar. Ancaq görəsən Zakir müəllim əsgərlərlə döyüşdürdüyü o yumurtaları məktəblilərin topladığınıbilirmi?
Bakının (bəlkə də respublikanın?) bir çox məktəblərində Novruz qabağı müəllimlər şagirdlərə belə “ev tapşırığı” vermişdilər: valideynlərinizə deyin, hərəsi bir qədər konfet, qoz-fındıq, şəkərbura-paxlava gətirsinlər, xonça düzəldib əsgərlərə göndərəcəyik. Mən orduya cəmiyyətin yardım eləməsinə pis baxmıram, hərçənd, normal cəmiyyətdə peşəkar ordu olmalıdır, əsgərlər də dövlət büdcəsi hesabına hər cür “sovqatını” özü almalıdır – minnətsiz.
Sadəcə, balaca məktəbli uşaqların əsgərlərə yardım yığmasının mənəvi tərəfi narahat edir.
Uşaqlar əsgərləri müdafiəçi, vətəni qoruyan əzmkar bir qüvvə kimi tanımaq yerinə qoz-fındığa ehtiyac duyan qurum olaraq niyə tanısınlar? Yeri gələndə əsgər uşağa hədiyyə verməlidir – onu qorumalıdır. Hətta yadıma gəlir, SSRİ ordusunda qulluq edənlər evə dönəndə bir sürü xırda nişanlar gətirirdilər, bunları balacalara paylayırdılar, uşaqlar da çox sevinirdi. Belə əsgər suvenirlərindən bizim orduda niyə olmasın? Novruz bayramının bu il sönük keçdiyini deyənlər var. Müşahidələr də belə göstərir. Devalvasiya, iqtisadi böhran təsir edib. Örnək üçün, mən papaq atan uşaqları gizlicə müşahidə elədim – hər blokda onlara 10 mənzildən bəlkə ikisində hədiyyə verirdilər.
Yazıq uşaqlar qapını döyüb gözləyir, sonra papağı yığışdırıb məyus gedirdilər. Halbuki, onlar üçün bu papaq atma yeməkdən çox bir əyləncə, oyun xarakteri daşıyır. Çalışın gələn dəfə heç bir uşağı məyus qaytarmayın. Yeri gəlmişkən, bizdə bir dəstə guya“avropalaşmış” insanlar var, Novruz adətlərinə, Kosa və Keçəl tiplərinə, papaqatdıya lağ edirlər. (Deyəsən elə mən özüm də vaxtilə bu temada adətlərə sataşmışam). Ancaq buna bir folklor kimi baxmaq lazımdır, artıq nəsə ummaq gülüncdür. Kosa və Keçəl Parismoda nümayişinə çıxarılmır ki? O cümlədən, papaq atmağa dilənçilik kimi baxanlar, “yalnız bizdə belədir” deyə mızıldananlar dünyanı yaxşı tanımır. Örnək üçün, xristianlarda Müqəddəs Martin bayramı var, noyabrda olur, həmin bayramda uşaqlar qapıları döyüb mahnı oxuyur və buna görə hədiyyə istəyirlər. Ev yiyələri də hərə öz qanacağına görə: pul, konfet-filan verirlər.
Bakıda Novruzun sönük keçməsinə oyun meydanlarının azalması da təsir edir.
Qabaqlar hər binanın geniş həyəti var idi, uşaqlar başı buluda dəyən tonqal qalayırdılar. İndi isə həyətləri yasxanalarla, maşın qarajları, dayanacaqları ilə doldurmuşuq, tonqal qalamağa, kütləvi əyləncəyə məkan saxlanmayıb. Dəli şeytan deyir ki, manatın güclü vaxtında tikintilərin artıq-urtuq taxtaları da çox idi, bir növ, tonqalın maddi-texniki bazası güclənmişdi.
Hətta mən fikir verdim, dövlət başçısının Qız qalasının yanında yandırdığı, necə deyərlər, rəsmi dövlət tonqalı da qabaqkı illərə nisbətdə 2-3 dəfə balaca idi. Kosa və Keçəllə rəsmi yumurta döyüşdürülməsi ənənəsi isə AzərTAcda cəmi 1 saniyəlik süjetə layiq görüldü.
Böhran yumurtanın qiymətini bu qədərmi baha etmişdir? Rəsmi süjetlərdə səslənən “Novruz milli sərvətimizdir” cümləsini də yığışdırmaq lazımdır. Çünki elə çıxır yaz ancaq bura gəlir. Yer kürəsinin iqlim qurşaqları, fəsillərin dəyişmə prosesi haqda elementar bilgilər əldə etməliyik.
Nəhayət, bir iradımla bayram mövzusuna nöqtə qoyuram: şəkərburaya şəkəri az vurun, adamın dişində xırçıldayır, pis təəssürat yaradır. Adı “şəkər bura!”dır, anlayıram, ancaq başqa komponentləri unutmayaq.
23.03.2016, 09:54
332 baxış
Zamin Hacı
Şəkərbura haqda