25 nəfər Qəbələ rayon sakini üzləşdikləri hansısa haqsızlığa etiraz məqsədiylə Ağdamda cəbhə xəttini keçmək istəyərkən saxlanılmışlar. Polis faktı təsdiqləyib, ancaq Qəbələ rayon icra hakimiyyəti bunu yalan adlandırıb, belə şey olmadığını deyib. Elə rayon icra hakimiyyətinin 25 zəhmətkeşə bu cür laqeyd, görməz münasibəti onların şikayətlərində haqlı olmasının bir sübutudur.
Ancaq adını çəkmək istəmədiyim bir hüquq müdafiəçimiz (başqa adları çəkə bilmirəmsə, onun adını niyə çəkim - qoy kef eləsin) hadisəyə biabırçı münasibət bildirmişdir.
Sitat: “Həmin 25 nəfərin hərəkəti Azərbaycanın dünyadakı imicinə zərbədir. Əgər onların hüquqları pozulmuşdusa İrana, Gürcüstana da keçə bilərdilər, bu daha asan idi”.
Birincisi, adamlar etiraz aksiyası keçiriblər, alverə və ya xəstəxanaya getmirdilər ki, Gürcüstana, İrana keçsinlər!? İkincisi, guya Gürcüstan və İrana keçmək asandır? Mən təklif edərdim hörmətli “hüquq müdafiəçimiz” internetdə axtarış versin, həmin dövlətlərlə sərhəd qapılarımızda yaranan biabırçılığı, növbələri, basabası gözüylə görsün. Üçüncüsü, imicimizə gələndə... Bunu axırda yazaram.
Ancaq jurnalistlərin hadisəni çatdırmasında da ciddi yanlışlıq vardı. Yazmışdılar: “25 Qəbələ sakini Ağdamdan Ermənistana keçmək istədi”. Axı Ağdamın Ermənistanla sərhədi yoxdur! “Ermənistanın işğal elədiyi ərazimizə keçmək istədilər” yaza bilərdilər. Bunlar tamam fərqli şeylərdir, üstəlik, hadisənin nəticələrinə, adamlara hakimiyyətin vermək istədiyi cəzalara təsir edir. Çünki Qəbələ sakininin Ağdama getməsi tamamilə təbii hüququdur. Eyni məntiqlə, biz hazırda separatçıların əsirliyində saxlanan Dilqəm və Şahbaz adlı vətəndaşlarımızı hansı əsasla müdafiə edirik? Belə çıxır ki, Kəlbəcərə getməklə onlar da Ermənistan sərhədini pozublar?
Əlbəttə, belə “hüquq müdafiəçiləri” olan ölkənin elə də “jurnalistləri” olar və bu ölkədən toplu halda başını götürüb hara gəldi qaçmaq təbii görünür. Yeri gəlmişkən, dünən bir adını çəkmək istəmədiyim jurnalist (vəziyyət çətindir) isə yol polisinin maşını ilə dalaşan və tutulan vətəndaşı qınamışdı, yazmışdı ki, nə olsun polis səni bezdirir, gərək belə hallarda ürəyində 10-a qədər sayasan. Əla məsləhət idi. Respublikamız inkişaf elədikcə belə məsləhətlərdən çox görəcəyik. Bəlkə də manat növbəti devalvasiyaya uğrayanda biz gözümüzü yumub çəpərdən hoppanan qoyunları saymaqla böhrandan çıxacağıq.
Ta prosesə qoşulmuşuqsa, biz də şikayətçi Qəbələ sakinlərinə, həmçinin, gələcəkdə bu tip etiraz aksiyalarına qoşulacaq zəhmətkeşlərimizə məsləhətlər, necə deyərlər, “yol xəritəsi” verək.
İlk növbədə, etiraz aksiyasına ağ bayraqla getməyin, bu, Qarabağ Bazarlıq Təşkilatının xoşuna gəlmir. Üçrəngli bayrağımızla da düşmən qapısına getmək düz deyil, qanunla qadağandır. Ən yaxşısı budur Almaniyanın bayrağı ilə gedəsiniz, çünki onsuz Almaniya dağılır.
İkincisi, yaxşı olar hər kəs öz şikayətinin mahiyyətinə uyğun territoriya seçsin. Əgər səni Qəbələdə sıxışdırırlarsa, Ağdamda nə ölümün var? Get Tufandağa, xizək geyin, sürüşərək etiraz et! Qoy düşmən tərəfə ağdamlı etirazçılar keçsin. O cümlədən, sosial durumu ağır neftçilər dənizdə intihar etməlidirsə, Bakının Sabunçu rayon zəhmətkeşlərinin də Koroğlu körpüsünə çıxmaq kimi insan hüquqları vardır. Yoxsa daşkəsənli gəlsin Səbayeldə etiraz eləsin, nə bilim, sumqayıtlı özünü Kürə atsın - bunlar xaos yaradır, dövlətçiliyimizi dağıdır. Hətta imicimizə ziyandır! Axı bu saat dünyada bizim çox yaxşı imicimiz var, bizi ərazisini qoruya bilməyən, rüşvət bataqlığında boğulan, valyutası çezən, insanları xaricə qaçan, qaça bilməyənlərin türməyə doldurulduğu dövlət kimi tanımırlar.
İndi söz əlaqədar etiraz aksiyası iştirakçılarınındır.
01.03.2016, 06:10
216 baxış
Zamin Hacı
Etirazçılar üçün yol xəritəsi