“Qadın. Biz heç vaxt razılığa gələ bilməyəcəyik.
Kişi. Hardan gələk (Pauza). Qulaq as, tısbağanın buynuzcuğu olur?
Qadın. Mən baxmamışam.
Kişi. İlbizin var.
Qadın. Həmişə yox. Ancaq göstərəndə. Tısbağa isə buynuzcuğunu göstərməyən ilbizdir. Tısbağa nə yeyir? Kələm yarpağı. İlbiz də. Beləcə, bunun ikisi də eyni heyvandır. Nə yediyini mənə de, sənin kim olduğunu deyim. Üstəlik, tısbağanı da, ilbizi də yeyirlər”
(Ejen İonesko, “İkilikdə sayıqlama” pyesindən)
****
Yapistlərin Qarabağ siyasəti Mirzə Cəlilin “Kişmiş oyunu” adlı kiçik pyesində çox dəqiqliklə əks edilmişdir. Oxumayan varsa (əslində indiki kitaba düşmən siyasəti yürüdülən respublikada “oxuyan varsa” ifadəsi yerinə düşür) əsərin qısa süjetini nəql edim. Orda bir bəy var, ermənilərdən çoxlu borc alır, amma vermək istəmir. Ermənilər pulu istəməyə gələndə həmkəndliləri kələklə onları qorxudurlar. Guya kənd yaxınlığından keçən karvana basqın edib bir taciri “öldürürlər”, erməniləri də şahid kimi aradan götürmək istəyirlər. Bu zaman bəy qorxudan tir-tir əsən ermənilərə deyir ki, çıxın aradan, mən bunların başını qataram. Beləcə, borc unudulur.
İndi bizim camaat da iqtidardan torpağı azad eləmək borcunu istəyəndə hakimiyyət onu cürbəcür oyunlarla qorxudur, borc yaddan çıxır. Örnək üçün, “ildırımsürətli hücum” gopu dövri olaraq ortaya atılır, kasıb və yetim azərbaycanlılar da yaxşı bilir ki, burda ildırım rolunu onların uşaqları oynayacaq, ölən bunlardan olacaq, o üzdən hər dəfə bu küy yatanda dərindən köks ötürüb ürəklərində sevinirlər. Yaxud, eyni yaltaqlar həm Putinin Bakı səfərinə sevinər, həm də “Qarabağda erməni nə gəzir, onlar tərəfdən ruslar döyüşür” deyə bilərlər. Bu yolla da millət düşünər ki, əşşi, nə yaxşı dava-zad başlamır, bizim Rusiya ilə savaşmağa həvəsimiz yoxdur. “Heç mənə lazım da deyil” – necə deyərlər.
Bu minvalla 22 ildir geridə qalmış, savadsız bir toplumu “kişmiş oyununa” salıb yaxşıca fırladırlar. Ancaq yeniliklər də olur. Bunlardan bir qismini təzəlikcə Dilçilik İnstitutunun işçisi İsmayıl Məmmədov yoldaş açıqlayıbdır. İsmayıl müəllim deyir tək o özü 1000 dənə təzə söz tapıb, bunları Azərbaycan dilinin orfoqrafiya lüğətinə salmaq lazımdır. Loru dildə desək, guya bu sözləri biz işlədirik, amma lüğətimizdə rəsmən yoxdur. Örnək üçün, İsmayıl müəllim “kvaziuzufurukt, kambio, federis, fəməl-yəməl, viaqra” kimi sözləri deyir.
Açığı, uca millətimiz burdan ancaq viaqra sözünü başa düşmüşdür, neçə gündür oxucular bu yöndə narahatlıqlarını mənə yazırlar. Deyirlər nə üçün dilimizi korlayırlar, biz heç vaxt kvazizırtpırt (lənətə gəlmiş sözü heç düz yazmaq olmur) işlətmirik. Uzağı AMEA-nın və BDU-nun bəzi qocaman professorları viaqra işlədib elm yolunda bəzən qəhrəmancasına həlak olurlar.
Mən fikirləşdim orfoqrafiya lüğətimizə xeyir verim. Bu işi bizdən soruşmaq lazımdır. Bir neçə sözlər vardır, fikrimcə onları lüğətə salmalıyıq.
Misal üçün, “yol ötürücüsü” sözü. Qabaqlar biz adətən körpüdən keçirdik, indi isə yol bizi harasa ötürür. Eyni hal “müasir fəvvarə kompleksi”nə aiddir. O cümlədən, penoplast, analoqsuz, işverən, yalşahid, Avropa Oyunları, məşəlçi, sarı zolaq, üzəduran, bankotdel, Molotov kotleti, deputatxana və sairə sözləri işlədirik, lakin lüğətdə onlara rast gəlinmir. Bunlar hamısı neologizmlər, iqtisadi müstəqilliyimizin dilimizə gətirdiyi yeniliklərdir. Məsələn, “yalşahid” polisdə ştatda saxlanılan, dəfələrlə istifadə edilən şahidə deyilir.
Təkcə isimlər deyil, feillər də var. Misal üçün, Əfruz xalanın seçkidə dediyi “Döyəcsən məni?” ifadəsini götürək. Bunun qədim variantı “döyəcəksən məni” idi, lakin tarixi təbəddülatlar sayəsində “döyəcsən” olmuşdur. Niyə biz bunu belə də yazmayaq?
Baş nazirin müavini Abid əkənin sayəsində yaranan “Alabala” sözü isə hər hansı obyektin yiyəsinin naməlum olmasını bildirir. Hacı Madərin 30 illik deputatlıq fəaliyyəti ərzində işlətdiyi yeganə kəlmə olan “H-m-mmm” isə səsə qoyulan qanun lahiyəsinə münasibətin bir növüdür. Özü də bu, iki defislə yazılır. Elə “Qarabağ danışıqları” kimi cındırı çıxmış arxaizmin yerinə “Kişmiş oyunu” yazmaq yaxşı olardı.
Gəlin dilimizi qoruyaq. Başqa təklifləriniz də varsa yazın, lüğətə basaq getsin.
08.07.2015, 06:59
273 baxış
Zamin Hacı
Kişmiş oyunu