İsveç Olimpiya Komitəsinin sədri bizim Avropa Oyunları qayırmağımız haqda nəsə tənqidi sözlər deyibdir. Tapıb oxumağa həvəsim olmadı, belə başa düşdüm ki, Azərbaycanda repressiv rejimdən, insan haqlarının kütləvi pozulmasından, siyasi dustaqlardan danışıb. Yəni, velosipedi kəşf edibdir - o şeylər ki, biz hamımız qəşəng bilirik, boynumuzu əyib sakitcə oturmuşuq.
Hər halda, sağ olsun, dünyada belə kişi adamlar çox olsa, yapistlərə çoxlu embarqolar qoyulsaydı indiki kimi ağını çıxarmağa cürət eləməzdilər. Bir növ, yiyəsizliyə düşüblər.
Amma Azərbaycan Milli Olimpiya Komitəsinin həmin isveçliyə cavabı yayılıb ki, bunu oxuyanda mən xeyli güldüm. Buyurun, gülməli yerlərindən birini siz də oxuyun: “Qeyd etmək istərdik ki, Azərbaycan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunması haqda danışan İsveç dırnaqarası hüquq müdafiəçiləri unudurlar ki, 1986-cı ildə fevralın 28-də İsveçin paytaxtı Stokholm şəhərində İsveçin baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü ilin sentyabrın 11-də İsveçin xarici işlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır”. Sitatın sonu.
Əlbəttə, İsveç insan inkişafı reytinqinə görə dünyanın ilk 10 dövlətindən biridir, Azərbaycan isə bu reytinqin quyruq hissəsində Somali, Efiopiya, Banqladeş kimilərinin yanında sürünür və indi belə faktlar sadalamaq, Azərbaycanı İsveçlə müqayisə eləmək debillik olardı. Biz də olardıq gülməli. Milli OK-umuzun tayı. O üzdən, belə idiot hərəkətlərdən vaz keçək və MOK-umuza dəstək verək. Məncə, onlar İsveç tarixindən başqa misallar da çəkib onları utandırmağa davam etsin. Örnək üçün, 13-cü əsrdə Aleksandr Nevski İsveç ordusunun ağzını-burnunu Neva çayı üzərində qanatmışdır! Halbuki Zakir müəllim Nevskini ortadan qatlayıb dizinin altına basardı!
Yeri gəlmişkən, MOK-umuz sanki keçmişə ekskursdan bir az utanıb və Anna Lind-in 2003-cü ildəki qətlini dartıb 2013-cü ilə gətiribdir. Əşşi, nöşün utanırsınız? Basın getsin. Xalqımız üçün guya nə fərqi vardır? Hər cür xarab, boyat yalanı da yeyirlər, minnətdarlıq edirlər.
Ta analiz eləmişik, bir az da Ulof Palme və Anna Lind-in qətl şəraitindən yazaq. Azərbaycan MOK onların nə cür öldürülməsinin detallarını da yazsa yəqin xəcalətdən özünü buraxardı.
Məsələ ondadır ki, Ulof Palmeni küçədə, cangüdənsiz-zadsız gəzdiyi vaxt vurublar, Anna Lind də həmçinin, supermarketdən təkbaşına çıxanda bıçaqlanıb. Mən bizim MOK-a məsləhət görərdim Artur Rasizadə və Elmar Məmmədyarovu yarımca saatlığa Bakı küçələrinə buraxsınlar, nəticəyə baxsınlar. Yoxsa Avropada baş nazirlər, krallar küçədə sadə insanlar kimi gəzirlər, velosiped sürürlər və elə sadə insanlar kimi də ölür, öldürülürlər, ta gedib bahalı klinikalarda gizlincə ölmürlər. Belə şeyləri hardan anlayasınız? Hər yoluq icra hakiminin də böyrünə bir batalyon cangüdən qoşub İsveçə sataşmaq yüngül xasiyyətdir.
Dünən başqa bir xarici qurum - “Sərhədsiz Reportyorlar” da hesabat yayıb, Azərbaycanı dünya söz azadlığı xəritəsində qara rəngə boyayıb. Bu, “media azadlığı ən az olan ölkələr” deməkdir. Qabaqlar biz adətən qırmızı ölkələr siyahısında olurduq - “media azadlığı az olan ölkələr”dən sayılırdıq. “Sərhədsiz reportyorlar”ın bu məşhur xəritəsi ilə bağlı mənim bir əhvalatım var.
O xəritənin biri evimizdədir. Bir dəfə 5 yaşlı oğlum bunu kitabların arasından tapıb sərmişdi yerə, diqqətlə baxırdı. Məni görəndə dedi: “Ata, bu qırmızı ”dur" deməkdir. Qara yerlərdə isə işıq keçib".
Unikal izahat idi. 5 yaşlı uşaq qədər qanacağı olmayan bir rejimin əlində qalmışıq. Artıq bizim də işığımız keçdi. “Dur” deyən olmadığı üçün.
06.05.2015, 06:35
213 baxış
Zamin Hacı
Ölkəmizi qaraltdılar