Fövqəladə xilasetmə idarəsinə zəng gəlib, durub gediblər Xaçmazda bir evə. Zəng edən qonşularmış, deyiblər evdəki adam 2 gündür çölə çıxmır, qapanıb içəridə, bilmirik ölüdür, ya diridir.
Bah-bah... Azərbaycanlıların belə sosiallaşmağı, qayğıkeşliyi məni lap kövrəltdi. Bu minvalla biz lap milli təəssübkeşlik-zad da çəkərik. Lətifədə deyilən kimi, “belə getsə sən siqaret də çəkərsən”.
Uzun sözün qısası, Kamal müəllim “spayderman”ları divardan-bacadan sallaşıb, pəncərə-qapını qaynaq qurğusuyla kəsib-doğrayıb sonucda içəri girərkən nə görsələr yaxşıdır? Görüblər adam divanda oturub... qəzet oxuyur. Sən demə, bu, ruhi xəstə imiş, Rusiyadan təzə qayıdıbmış, 1982-ci ildə doğulubdur və sairə. Qəzet oxuduğunu artıq biz bilirik, o səbəbdən, həm də peşə etikasına görə (Amaşov buna əməl elədiyim üçün gərək mənə taxta medal versin - hər quruma aid zarafat onun səviyyəsinə uyğun olmalıdır) mən həmin şəxsin adını yazmıram.
Ey dadi-bidad... Ölkədə bircə nəfər qəzet oxuyan varmış, o da dəli çıxdı. Həm də yazığa imkan vermədilər xarabasında qapını bağlayıb qəzet oxusun. Azərbaycanda dərvişlik, tərkidünyalıq mümkün deyil, bu da sübut olundu. Çəkiləcəksən mağaraya, qohum-əqrəba bir sürü xilasedici ilə mağaranın içinə doluşacaq, tavandan sallaşan yarasaların gözü bərələ qalacaq. Hələ bəlkə tutub aparıb zorla evləndirdilər, qəzeti də cırıb başına keçirdilər. Adamı dəli eləməkdə ustayıq. Mən şübhə eləmirəm ki, o adam nəinki Xaçmaz, bütün Sumqayıt-Yalama arasında ən ağıllı adamlardan biri idi, sadəcə, millətə sərf eləmədiyi üçün dəli adı qoyublar.
Qəzetdən-zaddan söz düşmüşkən, bu yaxında bir sürü jurnalist təşkilatı rəhbərləri və qəzet redaktorları yığışmışdılar. Bu da qəribə bir şeydir, bizdə qəzetlərin sayı azaldıqca, düzgün söz yazan adamlar qeybə çəkildikcə jurnalist təşkilatlarının sayı artır. Savaşı uduzandan sonrakı illərdə öz millətinə güllə atan “Milli Qəhrəmanlarımızın” artması fason bir haldır. Uzun sözün qısası, bu yaltaq “zurnalistlər” yığışıb qərar vermişdilər ki, jurnalistlər orduya yardım əlini uzatmalıdır. Başlıq isə belə idi: “Mətbuat müharibə şəraitinin qanunlarına tabe olmalıdır”.
Əlbəttə. Əsas məsələ elə bu tabeçilikdir. Mətbuatı bacardıqca hər şeyə və hər kəsə tabe eləməlisən. Söz azadlığı? Cəhənnəmə olsun. Quru sözdən kimə xeyir gəlib? Hətta cəbhə bölgəsində polkovniki, generalı qəzaya salıb öldürmək, bunun haqqında yalnız 20 il sonra danışmaq olar. Cəbhə nədir ki, Bakının mərkəzində 3-4 il qabaq generalı vurub öldürdülər, üstündən su içdilər. Mətbuatı tabe elə, danışanların ağzını yum, mümkün olmasa ağzından güllə at. Söhbət beləcə bağlansın.
Ümumən, mətbuat təkcə müharibə şəratinin qanunlarına (nədənsə bu “qanunlar” Avropa Oyunlarına erməniləri dəvət eləməyə mane olmur) tabe edilməməlidir. Bacardıqca, harda tutsan, hansı qanuna gəldi tabe elə getsin. Gəlir deklarasiyası verməyən adamlar həmin çirkli gəlirlərdən araşdırmalar yazan Xədicə İsmayılı tutublar. Siyasi rüşvətxorlar bunu davamlı tənqid edən jurnalist Seymur Həzini həbs ediblər. Seçkini saxtalaşdıranlar bunu ifşa edən Anar Məmmədlini zindana salıblar. Beləliklə, ölkədə tabeçilik yaranmışdır.
Seçki demişkən, məncə yapist yoldaşlar ətraf aləmdə baş verənlərə bir az diqqətlə yanaşmalıdır. 26 apreldə Qazaxıstanda prezident seçkisi qayırdılar və qazaxların “babası” Nursultan əkə 97,7 faiz səslə prezident qoyuldu. Bu sultan Çingizxanın vaxtından ərazini (belə yerlərə də Fransa, Almaniya kimi respublika demək ayıbdır) fırladır. Sözümüz bunda deyil, necə deyərlər, hər xalq öz sultanına layiqdir. Məni rəqəm narahat elədi. Bundan az öncə Özbəkistanda prezident seçkisi olmuşdu, Teymurləngin yaşıdı İslam Kərimov 91 faiz səslə təzədən ərazinin əkəsi elan olunmuşdu. Bizdə isə axırıncı prezident seçkisində - 2013-cü ildə Əliyevə cəmi 84,5 faiz səs yazıldı. Belə çıxır bizim xalq öz rəhbərini qazaxlar və özbəklərdən az sevir.
Üzərində düşünün. Tabe olmayanların faizi çoxdur deyəsən. Qazaxların acığına gələn prezident seçkisində 110 faiz qazanmaq lazımdır.
28.04.2015, 07:27
275 baxış
Zamin Hacı
Qəzet oxuyan dəli