Bax, olacağı buydu… Gördünüzmü? Vaxtında Şakiranın, Rihannanın, Britni Spirsin başına gələnlər bizimkilərə də dərs olmalıydı, anlamalıydılar ki, onlardan artıq deyillər, o ünlü qadın müğənnilərin telefonundan, noutbukundan şəkillərini oğurlayıb yayan yaramazların oxşamışları bir gün bunların da şəkillərini oğurlayıb yaya, şantaj edə bilərlər.
Budur, həyəcanlı xəbər yayılıb: müğənni Rəqsanə İsmayılova telefonundan oğurlanan özəl şəkillərlə bağlı polisə müraciət edib, deyib ki, onun şəkillərini artıq satışa çıxardıblar.
Düzdür, müğənni deyir ki, fotolar iki il əvvəl çəkilib və orada çəkinəcəyi şəkil yoxdur, amma onu da əlavə edib ki, həmin şəkil oğruları jurnalistlərə zəng edib o fotolara görə 3-5 min manat istəyirlər – satış məqsədi ilə. Prinsipcə, çəkinməli görüntü yoxdursa, şəkillər baha olmamalıdır.
Əlbəttə, 3-5 manat olsa, başa düşmək olardı. Zatən, fotostudiyalarda ən yaxşı işlənmiş fotoşəkillərin qiyməti o qədərdir. Rəqsanə olmasın, lap Rihanna olsun, Beyons olsun, kimdir onların şəklinə hətta 5 manat verən? İnternet o qadınların şəkilləri ilə doludur – həm də hansı rəngli paltarda istəsən, hansı pozada arzulasan. Hətta paltarsız və pozasız şəkilləri də var. Belə olandan sonra hansı başıxarab jurnalist bu ölkədə hansısa müğənninin matah şəklinə pul verər...
Deyəsən, bəzilərinin ağlı çaşıb, buranı Fransa, İngiltərə, Amerika, qəzetləri isə “San”, “Bild”, “Qardian” sayırlar.
Elə şey yoxdur, arkadaşlar. Kopi-past əsrində yaşayırıq biz. Bizdə 90-60-90 fiquralı müğənninin ikinci 90-nın natural şəklinə belə 60 manat verən olmaz. Özlərinə 50 manat verərlər, amma şəkillərinə - əsla!
Ona görə də bu yolla pul qazanmaq istəyənlər, Rəqsanə demişkən, ağıllı olsunlar. Onsuz da müğənni xanım onların izinə düşüb, tapdırıb tutduracaq, ondan sonra günlərini görəcəklər.
Ona qalsa, internet resurslarında Rəqsanənin də iki və daha çox illər öncə çəkilmiş şəkilləri var. Bəziləri, açığı, çəkinməli şəkillərdir. Hərdən ermənilər də onları öz saytlarında paylaşır və işarə vururlar ki, bu da tərifli azərbaycanlılar, görün, necə həyasız bir tipdirlər.
Bununla belə, bir çoxları şəkil oğurluğu və şəkillə şantaj söhbətinin həqiqiliyinə inanmırlar, deyirlər, bu piardır, süni qalmaqaldır, əslində nə şəkil oğurlayan var, nə də onu jurnalistlərə 3-5 min manat qarşılığında satmaq istəyən. Guya ki, hər şey uydurmadır. Demək çətindir. Bunu müğənni xanım bilər, hüquq-mühafizə orqanları bilər.
Amma bir iş var ki, son zamanlar bu ölkədə öz cazibədar əndamını fotoşəkillərlə, videosüjetlərlə nümayiş etdirərək populyarlaşmaq istəyən xeyli sənətçi meydana çıxıb. Yarışma gedir. Kim xalqa daha çox natural dəri göstərsə, bir o qədər populyar və sevilən olur. Hətta eşitdiyimə görə bəzi dövranı keçmiş xanımlar da əllərində 16 meqapiksel fotokamerası olan mobil telefonlarla bədənnüma güzgülərinin qarşısından çəkilmirlər, eyzən bədənlərini çəkir, sosial şəbəkələr vasitəsilə xalqa nümayiş etdirirlər.
Nə demək olar? Hər kəs azaddır, sərbəstdir, istədiyini edə bilər. Xalqa, vətənə, millətə xeyirli-uğurlu olsun. Yeri gəlsə, onlar sabah əyinlərinə əsgər paltarı geyinib ön xəttə, səngərə yola düşüb əsgərlərimiz qarşısında çıxış edəcəklər. Əksəriyyəti vətənpərvərdir, imtahan üçün ən böyük arzularını soruşun, deyəcəklər: “Şuşada, Cıdır düzündə konsert vermək”. Həm də gələn il bu vaxtlar.
(Yeri gəlmişkən, xalqın o biri yarısının da ən böyük arzusu gələn il bu vaxtlar Şuşada, Cıdır düzündə veriləcək konsertə ya canlı-canlı, ya da heç olmasa teleyayımına baxmaq arzusundadır, amma Cıdır düzünü ermənidən almaq arzusunda olanlar hələlik danışıqlar aparırlar).
Axır-axırda Rəqsanəyə də belə bir tövsiyə vermək olar ki, şəkil oğrularını tapmaq üçün Rihannanın, Şakiranın, şəkli çırpışdırılmış digər dünya şöhrətli müğənnilərin təcrübəsindən yararlansın, görsün, onlar necə ediblər, nə qayırıblar...
18.11.2014, 06:29
526 baxış
Samir Sarı
Oğurlanan şəkillərlə şantaj