Medianews.az
Avtoxuliqanlıq edən şəxs 1 aylıq həbs olundu -
80 baxış

Avtoxuliqanlıq edən şəxs 1 aylıq həbs olundu - VİDEO

Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.

Musavat.com xəbər verir ki, Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü - 28 yaşlı Tural Qasımov saxlanılıb.

Onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib.

Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.

Bizə qoşulun