Medianews.az
Rusiya iblisin müdrikə çevrildiyi bir dövrün cəngindədir
156 baxış

Rusiya iblisin müdrikə çevrildiyi bir dövrün cəngindədir

İndən sonra şüurları şikəst Rusiyada böyük ədəbiyyat yaranacaqmı? Bəlkə də... Rus yazıçısı qraf Lev Tolstoyun qardaşı İvan Tolstoyun nəticəsi, rusiyalı siyasətçi, şovinist və işğalçı Putunin tərəfdarı, cəmiyyətə özünü "vətənpərvər xalq adamı" kimi təqdim edən Pyotr Tolstoy yenə danışıb. Bu dəfə yoldaş Tolstoy rus ruhuna dönmək üçün orijinal bir təklif irəli sürüb. İmperialist kimi zadəganlıq ruhunu çoxdan itirən, daha çox bolşevik düşüncəli birisinə bənzəyən, Vladimir Putin aşiqi, tanınan Kremlin təyinatlılarından biri kimi tanınan Pyotr Tolstoy Rusiyanın dövlət orqanlarında işləyən digər millətlərin nümayəndələrini işdən uzaqlaşdırmağı təklif edib. Bu adamın Qafqaz xalqlarına xüsusi nifrəti var. Görəsən, Pyotr Tolstoy ulu babası sayılan qraf Lev Tolstoyun "Qafqaz hekayələri"nə görə də xəcalət çəkir? Ola bilər, çünki indiki yeni Putin Rusiyasının hər yerindən "Master və Marqarita" romanının obrazları boylanır. Rusiya iblisin müdrikə çevrildiyi bir dövrün cəngindədir. Nə isə... Əgər bu rusiyalı millətçi, dahi Lev Tolstoyun qanından olan Pyotr Tolstoy, məsələn, Fyodr Dostoyevskinin nəslindən olsaydı, qətiyyən təəccüblənməzdim... Oqtay Qorçu

Bizə qoşulun