31.07.2025, 08:25
142 baxış
Lamiyə
Gözlər üçün kökdən daha faydalı olan məhsul
“Yumurta gözlər üçün kökdən daha faydalıdır”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Emma Derbişir deyib.
Dietoloq yumurtaları gözlər üçün faydalı olan bir neçə maddənin mənbəyi adlandırıb. Onun sözlərinə görə, onların tərkibində linzanın şəffaflığını qorumaq üçün lazım olan çoxlu B2 vitamini var. Onların tərkibində torlu qişa üçün faydalı olan çoxlu sink də var.
Mütəxəssis həmçinin həftədə ən azı bir dəfə sardina, tuna və ya digər yağlı balıqları yeməyi məsləhət görüb. O, bu sortların göz sağlamlığı üçün əsas qida maddəsi olan dokosaheksaenoik turşusu olduğunu izah edib.
Medianews.az