30.07.2025, 19:59
176 baxış
Azad
“Qarabağ” “Şelburn”u məğlub edib III təsnifat mərhələsinə yüksəldi
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında cavab görüşü keçirilib.
Medianews.az verir ki, iyulun 30-u Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matçı İtaliyadan olan hakimlər briqadası idarə edib.
Matçın 44-cü dəqiqəsində rəqibin heyətində Con Martin avtoqol müəllifi olub.
Başqa qol qeydə alınmayıb.
68-ci dəqiqədə “Qarabağ”ın oyunçusu Kadi Borges penaltini qola çevirə bilməyib.
Oyun 1:0 hesabı ilə başa çatıb.
Beləliklə, Ağdam təmsilçisi III təsnifat mərhələsində FKSB (Rumıniya)-“Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, “Qarabağ” və “Şelburn” komandaları arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanmışdı.
Paylaş: