Medianews.az
Bakıda yeni metro stansiyalarının layihə işlərinə <span style=color:red>start verilib
273 baxış

Bakıda yeni metro stansiyalarının layihə işlərinə start verilib

“Bakı Metropoliteni” ilə mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında imzalanmış müqavilə üzrə öhdəliklərin icrasına başlanıb. Metropolitendən Medianews.az-a deyiblər ki, müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi, həmçinin “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur. Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir.

Bizə qoşulun