Medianews.az
Buludlu, yağışlı, küləkli havalar gəlir – <span style=color:red>HAVA PROQNOZU
203 baxış

Buludlu, yağışlı, küləkli havalar gəlir – HAVA PROQNOZU

“İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında növbəti hava proqnozu yayılıb. Medianews.az-ın məlumatına görə, proqnozda deyilir ki, iki gündür ölkə ərazisində olan zəif Şimal axını öz gücünü yavaş-yavaş artıraraq, təsir dairəsini də genişləndirir. İyulun 24-dən başlayaraq ölkə ərazisində buludluluq tədricən artacaq. İyulun 25-də və 26-da isə uzun fasilədən sonra demək olar ki, bütün ölkə ərazisində buludlar görünəcək. Buludlanma artdıqca, uzun fasilədən sonra ölkə ərazisində yağışlar da görünəcək. İyulun 24-də əsasən qərb və şimal rayonlarında, 25 və 26-da isə əksər rayonlarımızda şimşək çaxacaq və yağış yağacaq. Şimal/qərb bölgəsi və bəzi Aran rayonları daha çox yağıntı alacaq. Bəzi bölgələrimizdə isə buludluluq artsa da, yağış almayacaq. Bu hadisələr temperatura da təsir edəcək. Ölkənin əsasən qərb yarısında ayın 26-da temperaturda 5-8 dərəcə enmə olacaq. Digər bölgələrdə isə enmə 3-4 dərəcə olacaq. Qarabağ və cənub bölgəsinə hələ ki, zəif təsir gözlənilir. Bakı və Abşeronda yaxın 3 gündə əsəcək mülayim Şimal küləkləri arabir nisbətən güclənəcək. Buludluluq tədricən artacaq və həftə sonu yarımadanın müxtəlif yerlərində qısamüdddətli yağış yağacaq. Son günlər başqa ölkələrdə müşahidə olunan güclü küləkli yağışlar bizdə də baş verəcək (əsasən bölgələrdə). Medianews.az

Bizə qoşulun