22.07.2025, 11:56
78 baxış
Nailə
“Barsa” üçün bəd xəbər: “Camp Nou”ya qayıdış gələn ilə qalır
Barselona gələn ilə qədər “Camp Nou”ya qayıtmaya bilər.
Daha əvvəl Kataloniya klubu “Komo” ilə Gamper Kuboku matçını yenidən qurulan stadionda keçirməyəcəklərini açıqlamışdı.
Kataloniya klubunun Barselona Şəhər Şurasından lisenziya almaqda problemi var idi. Bundan əlavə, “Kamp Nou”nun abonementlərinin avqustun 10-dan sonra satışı planlaşdırılırdı. O zaman azarkeşlərə neçə abonementin və hansı qiymətə təklif olunacağı bəlli olacaqdı.
Publika.az xəbər verir ki, “Barsa”nın doğma stadiona qayıdışı daha da yubana bilər. AS yazdığı kimi, inşaatçılar assosiasiyası və Barselona şəhər şurası klubun idarə heyətinin proqnozlarının həddən artıq optimist olduğunu əvvəlcədən vurğulamışdı.
İnşaatçılar assosiasiyasının prezidenti və “Barsa”nın keçmiş prezidentliyə namizədi Xavier Vilajoana hətta “tikinti və icazələrlə bağlı problemlərə görə “Camp Nou”nun açılışının yalnız 2026-cı ilin əvvəlində mümkündür” deyib.