18.07.2025, 10:42
211 baxış
Nailə
Madrid nəhəngindən 40 milyonluq transfer
“Atletiko” klubu “Botafogo”nun yarımmüdafiəçisi Tyaqo Almadanın transferini rəsmən elan edib.
Publik.az xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı argentinalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.
Bu keçid üçün “Atletiko”nun 40 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Almada 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın “Lion” klubunda keçirmişdi. O, Liqa 1-də 20 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.