17.07.2025, 09:42
188 baxış
Nailə
İraqda ticarət mərkəzində güclü yanğın: Üçgünlük matəm elan edildi - YENİLƏNİB
İraqda Əl-Kut şəhərində ticarət mərkəzində baş vermiş güclü yanğında həlak olanların xatirəsinə ölkədə üçgünlük matəm elan edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Vasit əyalətinin qubernatoru Məhəmməd Cəmil əl-Maya özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Əl-Kut şəhərində yerləşən ticarət mərkəzində baş vermiş faciəli yanğında həyatını itirənlərin xatirəsini yad etmək üçün üçgünlük matəm elan edirik. Günahsız qurbanların ailələrini əmin edirik ki, bu insidentdə birbaşa və ya dolayısı ilə əli olanlara qarşı yumşaq davranmayacağıq. İlkin araşdırmanın nəticələrini 48 saat ərzində dərc edəcəyik. Biz həmçinin binanın sahibinə, ticarət mərkəzinin sahibinə və bu işdə əli olan hər kəsə qarşı məhkəmədə iddia qaldırdıq", - deyə o bildirib.
İraqda ticarət mərkəzində güclü yanğın baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AFP nəşri məlumat yayıb.
Məlumata görə, yanğın zamanı ən azı 50 nəfər həyatını itirib.
Yanğının yeri ilə bağlı rəsmi təsdiq olmasa da, bəzi xəbərlərdə hadisənin İraqın Əl-Kut şəhərindəki supermarketdə baş verdiyi iddia edilir.