03.07.2025, 08:43
707 baxış
Azad
Qırğızıstan Prezidenti Moskvadan Bakıya hansı təkliflərlə gəlib?
“Qırğızıstan Prezidenti Sadır Japarovun Moskvadan hansı təkliflərlə gəlməsi maraqlıdır”.
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli Medianews.az-a açıqlamasında belə deyib.
O, xatırladıb ki, Sadır Japarov Bakıya səfərdən əvvəl Rusiya Prezident Vladimir Putinlə görüşüb: “Biz isə asta-asta da olsa Kremlə izah edirik ki, Atatürk demişəkən, "Suverenlik verilmir, alınır". Biz 30 il işğaldan, soyqrımılardan, düşmənlərimizə hər cür dəstək verilməsindən qorxmadıq, yorulmadıq, itaət etmədik. Şantaja, təzyiqə boyun əymədik. Qarabağ zəfəri ilə suverenlyimizi qan tökərək sübut etdik. İndi heç nə olmamış kimi SSRİ-ni xatırlatmaq, ən azı əbləhlikdir. Görək Kremldə rasional düşünə bilirlərmi?”
Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Bakıya gəlib. O, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci sammitində iştirak edəcək.
Japarovun səfəri zamanı Ağdam rayonunda Qırğızıstan tərəfindən tikilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı da olacaq.
Toğrul Əli,
Medianews.az