Medianews.az
Bakıda 29 yaşlı oğlan öldürüldü - <span style=color:red>Qardaşı polisə təslim oldu
154 baxış

Bakıda 29 yaşlı oğlan öldürüldü - Qardaşı polisə təslim oldu

Bakıda 29 yaşlı oğlan qətlə yetirilib. “Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub. Hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı prookurorluq tərəfindən araşdırma aparılır.

Bizə qoşulun