Medianews.az
“Cənubi Qafqaz Rusiyanın üzünə bağlanır” – <span style=color:red>Siyasi şərhçi
204 baxış

“Cənubi Qafqaz Rusiyanın üzünə bağlanır” – Siyasi şərhçi

“Artıq Cənubi Qafqaz Rusiya üzünə bağlanır”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2027-ci ildə Rusiya qoşunlarının ölkəsindən çıxarılması istiqamətində işlər həyata keçirir: “Gürcüstan rəhbərliyi də Rusiyanın siyasətindən narazıdır. Azərbaycanla normal münasibətlərə isə Rusiya 2024-cü ilin sonunda mülki təyyarəmizi vurmaqla son verib”. M.Əsədullazadə qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin öz siyasətinə hansısa müsbət bir düzəliş edəcəyi gözlənilmir: “Ona görə baş verənlər Rusiyanı kifayət qədər zəiflədəcək. Rusiyada ötrü bir çıxış yolu var, o da Putinin hakimiyyətdən kənarlaşdırılmasıdır”. M.Əsədullazadə artıq Kreml daxilində klanlararası gizli savaşın yeni mərhələyə keçdiyini, Rusiyada siyasi hakimiyyət uğrunda mübarizənin yeni müstəviyə adladığını vurğulayıb. Toğrul Əli, Medianews.az

Bizə qoşulun